9 Sentyabr 2026, Çərşənbə
Koxalski “Qarabağ”dan rəsmən getdi
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi

Ölkə futbolu

UEFA "Qarabağ"ın oyununda baş verənlərlə bağlı intizam işi açıb

UEFA Kiprdə AEL və "Qarabağ" komandaları arasında keçirilmiş Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu ilə bağlı intizam işi açıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq qurumun Nəzarət, Etika və İntizam Komitəsindən məlumat verilib.

Bildirilib ki, Limassol təmsilçisinə qarşı iki ittiham irəli sürülüb. Bunlardan biri meydançaya yad əşyaların atılması, digəri isə yerli azarkeşlərin iğtişaş törətməsidir.

Məsələ ilə bağlı yekun qərar komitənin qarşıdakı iclasında qəbul olunacaq. Toplantının vaxtı hələ dəqiqləşməyib.

Qeyd edək ki, "AEK Arena"da keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Qarabağ"ın bərabərlik qolundan sonra azarkeşlər Azərbaycan təmsilçisinə qarşı qeyri-etik hərəkətlər ediblər. Baş məşqçi Qurban Qurbanov başda olmaqla, texniki zonadakılar baş hakimə bununla bağlı etirazını çatdırıb. Oyunda məcburi fasilə yaranıb. Daha sonra matç qaldığı yerdən davam edib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30