16 Oktyabr 2025, Cümə axşamı
U-21 yığmamız qələbəni əldən verdi
U-17 millimiz darmadağın oldu
VIII turun hakim təyinatları
Millimiz Ukraynaya uduzdu

Ölkə futbolu

Namiq Bursaya yollanır

"Neftçi"nin futbolçusu Namiq Ələsgərovun Türkiyə birinci liqa təsmilçisi "Bursaspor"a keçidi rəsmiləşmək üzrədir.

Futbolxeber.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, millimizin üzvü bu gün Bursaya gedəcək və rəhbərliklə görüşəcək. Bundan sonra onun rəsmi müqaviləyə imza atacağı gözlənilir.

"Bursaspor"un vitse-prezidenti Emin Adanur 26 yaşlı futbolçunun keçidinin 99 faiz həll olunduğunu bildirib. O, transferə görə "Neftçi"yə oyunçunun müqaviləsinin ləğvi üçün yer alan təzminat məbləğini ödəyəcəklərini vurğulayıb.

Qeyd edək ki, “Bakı”nın yetirməsi olan Namiq Ələsgərov 2017-ci ildən “Neftçi”də çıxış edir. Ötən mövsüm Azərbaycan Premyer Liqasının bombardiri olan Ələsgərov “ağ-qaralar”ın çempionluğunda böyük pay sahibi olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31