Ölkə futbolu
Zaur Axundov: “Uğursuzluq olanda AFFA-ya qarşı təzyiqlərin artması normaldı"
AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov milli komandamızın bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiyaya qarşı keçirəcəyi oyundan danışıb.
Futbolxeber.az saytının Bratislavaya ezam olunmuş əməkdaşına verdiyi müsahibədə Z.Axundov Slovakiya ilə görüşdə komandamızdan baxımlı oyun gözlədiyini bildirib: “Bütün qruplara baxdıqda görürük ki, əsl “ölüm qrupu” bizim qrupdu. Son tur öncəsi 3 komandanın ikinci yeri tutmaq şansı hələ də qalır. Milli komandamızdan Slovakiya ilə görüşdə yaxşı oyun gözləyirik. Seçmə mərhələnin son matçıdı. İstərdik ki, millimizin timsalında baxımlı oyun görək”.
Zaur Axundov qeyd edib ki, yığmamızın seçmə mərhələdə cəmi 1 xal qazanmasının bir səbəbi də qrupdakı komanda sayıdır: “İdmanda bəxt amili rol oynayır. Bizdən başqa qrupumuzda daha 4 rəqib var. Amma əksər qruplarda 5 deyil, 6 komanda mübarizə aparır. Biz də istəməzdik ki, yığmamız cəmi 1 xal toplasın. Amma bu mərhələ artıq bitmək üzrədi. Bundan sonra gələcəyə baxmalıyıq. İndi bütün diqqətlər Slovakiya ilə oyuna yönəlib. Qrupumuzun çox güclü olması millimizin çıxışına təsir göstərir. Özünüz də görürsünüz ki, 2 vəsiqə uğrunda Xorvatiya, Slovakiya, Macarıstan və Uels arasından əsl müharibə gedir”.
İcraiyyə Komitəsinin üzvü milli komandamızın baş məşqçisi Nikola Yurçeviçin yığmadakı fəaliyyətinə ilin sonunda qiymət veriləcəyini vurğulayıb: “İlin sonunda İcraiyyə Komitəsinin iclası olacaq. 2019-cu ilin yekunları müzakirə ediləcək ki, Nikola Yurçeviçin də millimizdəki gələcək taleyinə həmin toplantıda aydınlıq gələ bilər. Baş məşqçi seçmə mərhələ ilə bağlı hesabat verəcək. Komandamızın nəticəsi göz önündədi. Amma gəlin etiraf edək ki, bu gün millimizin çalışdırıcısı Yurçeviç yox, lap dünyanın ən yaxşı məşqçisi də olsaydı, bu cür güclü rəqiblərin yer aldığı qrupda uğur qazanmaq komandamız üçün çox çətindi. Hazırda əsas olan bugünkü oyundu. Yurçeviç futbolçuları toparlamalı və komandanı uğurlu nəticəyə kökləməlidir. Yurçeviç getsə də, qalsa da, bu milli bizimdi”.
Z.Axundov son vaxtlar AFFA-ya qarşı təzyiqlərin artması ilə bağlı sualı da cavablandırıb: “Uğursuzluq olanda AFFA-ya qarşı təzyiqlərin artması normaldı. Nəticələrə uyğun olaraq təzyiqlər arta da bilər, azala da. Əsas odur ki, haqlı, qərəzsiz tənqidlər olsun. Bilirik ki, bizi tənqid edənlərin də, dəstək verənlərin də hamısı millimizin uğur qazanmasını istəyir. Tənqidsiz iş olmaz. Mən idman jurnalistlərimizə təşəkkür etmək istərdim. Çünki haqlı tənqidlər, düzgün məsləhətlər komandamızın inkişafına xidmət edir. Azərbaycan futbolunun inkişafını ürəkdən istəyən hər kəs bizimlə birgə kədərlənir də, sevinir də. Bir sözlə, demokratik ölkədə yaşayırıq və haqlı tənqidlərin olması normaldı”.
Söhbətləşdi: İBRAHİM, Bratislava
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
13:53
Millimiz Andoraya qalib gəldi
-
13:39
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
09:00
Premyer Liqamızda IX tura yekun vurulur
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
25.10.2026
24.10.2026
23.10.2026
























