30 May 2025, Cümə
Millimiz İngiltərəyə qalib gəldi
Mustafazadə final oyunu haqda
“Difai” I Liqadakı yerini qorudu
Konate rəsmən “Zirə”də

Ölkə futbolu

“Sevilya"nın baş məşqçisi: "Qarabağ" "Atletiko"nu büdrədib"

"Qrupumuzda yer alanlar hər şeyi çətinləşdirmək niyyətində olan kollektivlərdir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sevilya"nın baş məşqçisi Xulen Lopetegi Avropa Liqasının I turunda "Qarabağ"la qarşılaşacaqları matçdan öncə söyləyib.

Bakıya yollanmazdan öncə açıqlama verən 53 yaşlı mütəxəssis Ağdam təmsilçisinin vaxtı ilə Çempionlar Liqasında iştirak etdiyini xatırladıb: "Qarabağ" Çempionlar Liqasında (ÇL) "Atletiko"nu büdrədib. APOEL (Kipr) isə bu il ÇL-in ötən ilki yarımfinalçısı ilə oynayıb. Meydanda istədiklərimizi edərək qələbə qazanmalıyıq".

İspaniyalı məşqçi hələlik əsas məqsədlərinin qrupdan çıxmaq olduğunu vurğulayıb.

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31