Ölkə futbolu
Roman Qriqorçuk: “Qəbələ”də çox yaxşı nəticələrə nail olduğumuzu düşünürəm”
“Qəbələ” futbol komandasının sabiq, Qazaxıstanın “Astana” kollektivinin hazırkı baş məşqçisi Roman Qriqorçuk Karaqanda “Şaxtyor”una 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqa matçından sonra “Report”un Nur-Sultana ezam olunmuş əməkdaşının suallarını cavablandırıb. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- Burada sizinlə görüşməkdən çox şadıq...
- Qarşılıqlıdır. Azərbaycanda tanıdığım hər kəsə, o cümlədən, jurnalistlərə salamlarımı göndərirəm.
- Vəzifənizdən ailə məsələlərini səbəb göstərərək ayrılmışdınız. Həmin dövrü də nəzərə almaqla, “Astana”dakı işinizi necə dəyərləndirə bilərsiniz?
- Açığı, indi hər hansı analizlər etməyə hazır deyiləm. Deyə bilərəm ki, hər şey öz ardıcıllığı ilə gedir. Çox ciddiyyətlə çalışır, işimizin bəhrəsini görürük. Yenə davam və inkişaf etmək istəyirik. Bunun üçün daha çox çalışmalıyıq. Hazırda çox çətin dövrə qədəm qoymuşuq. Həm Qazaxıstan Premyer Liqasında, həm də Avropa Liqasında layiqincə çıxış etmək niyyətindəyik. Qarşıdakı aylarda, sadəcə, tamamilə futbola baş vurmalı və hər şeyimizi verməli olduğumuzu anlayırıq. Çünki vəziyyət belə tələb edir.
- Daha əvvəl “Qəbələ” və Ukraynanın “Çernomorets” klubları ilə də Avropa Liqasının qrup mərhələsinə yüksəlmişdiniz. Bu baxımdan, “Astana” ilə növbəti belə nailiyyət sizin üçün nə qədər çətin alındı?
- Avrokuboklarda qrup mərhələsinə yüksəlməyi hamı istəyir. Bundan ötrü əksəriyyətimiz çempionlarla oynayırıq. Çünki qrupadək Çempionlar Yolu ilə irəliləyirik. Həmişə demişəm ki, heç bir ölkənin çempionu pis və ya zəif ola bilməz. Bütün futbolçular, kollektiv çempiondur. Ona görə də qalib psixologiyası və futbolçu seçimi ilə yanaşı, savadlı baş məşqçilər olmalı, bütün futbolçular özlərini fiziki və texniki baxımdan ifaçılığa hazırlıqlı vəziyyətə çatdırmalıdırlar. Yəni qrupadək irəliləmək çox çətindir.
- Bəs qrup mərhələsində nəyə ümid edirsiniz?
- Qlobal baxımdan nəyisə deməyin mənası yoxdur. Bayaq çox çətin dövrümüzün olduğunu bildirdim. Artıq 3-4 gündənbir oynayacağıq. İndidən gələcək üçün hansısa fikir bildirmək lazım deyil. Sadəcə, hazırkı dövrdə addım-addım, oyundan-oyuna irəli getməliyik. Əlbəttə, “Mançester Yunayted”lə bağlı müəyyən məlumatlar toplamışıq ki, futbolçularımıza göstərək. Amma bu rəqib barədə komandada xüsusi söhbətimiz olmayıb. Çünki hazırkı görüşün bizim üçün inanılmaz dərəcədə vacib olduğunu anlayırdıq. Yalnız “Şaxtyor”la qarşılaşmaya köklənmişdik. 2:1 hesabı ilə qalib gəldik, bir az sevinc içərisindəyik. Amma tezliklə 19 sentyabrda İngiltərədə keçirəcəyimiz oyuna planlı yanaşacağıq. Daha sonra 48 saatlıq istirahətdən sonra çempionatdakı “Jetısu” və “Atırau” ilə səfər matçlarına yollanacağıq. İndi uzağa boylanmaq lazım deyil. Sadəcə, bir oyundan sonra digərinə hazırlaşmalıyıq.
- Sentyabrın 19-da səfərdə “Mançester Yunayted”lə keçirəcəyiniz oyundan sonra ölkə çempionatının görüşlərinin başqa vaxta təxirə salınması üçün təşkilatçı quruma müraciət etməyi düşünmürsünüz?
- Xeyr. Onsuz da qrup mərhələsinə vəsiqə qazanana qədər avrokuboklarda bir neçə matçımızı təxirə saldırmışıq. İndiki vəziyyətdə hansısa dəyişiklikdən söhbət getmir. Artıq təqvimi dəyişmək üçün gecdir. Çünki həm rəqiblər öz oyunlarını planlaşdırıblar, həm də başqa vaxtda keçirmək üçün təqvimdə yer yoxdur. Çempionatda 9 matçımız qalıb. Hər oyunda qalib gəlməyə çalışmalıyıq.
- Avropa Liqasında qrup mərhələsindəki rəqiblərinizdən fərqli olaraq, “Astana”a ev oyunlarını süni örtüklü meydanda keçirir. Bu, sizin üçün problem yarada bilər?
- Bizim süni meydanın keyfiyyəti çox yaxşıdır. “Astana Arena”da həm biz, həm də milli komanda oynayanda, bu eyhamı nadir halda eşidirik. Çünki rəqiblər üçün süni meydan problem yaradırsa, bizim üçün də eynisi təbii ot örtüyündə olur. İndiki turnirdə bir komanda ilə ev və səfərdə olmaqla, 2 matç keçirir. Bu isə o deməkdir ki, rəqiblərlə eyni şərtlər altında oynayırıq.
- “Astana Arena”dakı süni meydan Azərbaycandakılardan fərqlənir?
- Çox keyfiyyətlidir. İlk vaxtlarda, ümumiyyətlə, ideal idi. İndi də keyfiyyət yaxşıdır. Azərbaycana qayıdıb, nələrisə tənqid etmək istəmirəm. Yalnız onu vurğulaya bilərəm ki, arena möhtəşəmdir. Avrokuboklardakı ab-hava heyrətamizdir. Azarkeşlər burada elə atmosfer yaradırlar ki, tüklərim biz-biz olur. Buna görə onlara təşəkkür edirəm.
- Ancaq çempionat matçlarında az adam gəlir...
- Bəli, az olur. Bunun nədən qaynaqlandığını bilmirəm. Həmişə deyirəm ki, insanların çempionat oyunlarına gəlməsi üçün daha yaxşı, əla oynamalıyıq. Nə qədər yaxşı oynasaq, bir o qədər də çox azarkeş gələcək. İstənilən halda, azarkeşlərə minnətdarıq. Onlar möhtəşəmdirlər.
- Yəqin, azarkeşlər beynəlxalq oyunlara daha çox maraq göstərirlər...
- Bəli. Xatırlayıram ki, Azərbaycanda da vəziyyət bu cür idi. Çempionat görüşlərinə az sayda tərəfdar gəlirdi. Amma avrokubok və millinin oyunlarında tribunalar dolurdu. Burada da eyni vəziyyətdir.
- Son turda “Qarabağ”ın “Neftçi”ni 2:0 hesabı ilə məğlub etdiyi matçda 7 min tamaşaçı olub...
- Bu cür derbiyə, çempionluq mübarizəsi baxımından önəmli qarşılaşmaya daha çox adam gəlməlidir. Bilmirəm niyə belədir.
- “Mançester Yunayted”ə qarşı oynamaq necə hissdir?
- Yeni bir söz deyəcəyimi düşünmürəm. Əlbəttə, bu, Qazaxıstan, klubumuz, hər kəs üçün önəmli hadisədir. Başa düşürük ki, top-komanda, çox böyük brendlə oynayırıq. İndiyə qədər Qazaxıstanda İngiltərə Premyer Liasında çıxış edən komanda oynamayıb. Qorxuram səhv edəm, amma bu cür eşitmişəm. Yəni bu da bəxtimizə düşən hadisədir. Hər halda, rəqib adı gur səslənən “Mançester Yunayted”dir.
- “Mançester Yunayted”dən gücünə görə ehtiyatlanırsınız?
- Bu vəziyyətə heç cür təsir edə bilmərik. Bu durumu normal qarşılamalı və imkandan yararlanmalıyıq. Futbolçularımızın öz güclərini sınamaq, yüksək səviyyəni hiss etmək imkanları var. Fikrimcə, bunun faydası çoxdur.
- Qrupdan çıxmaq şansınız var?
- İndidən “vardır” və ya “yoxdur” deyə bilmərəm. Deyə bilmərəm ki, şansımız yoxdur. Ancaq şansımız nə qədərdir? Hər zaman söyləyirəm - bir şansımız varsa, onun uğrunda mübarizə aparacağıq. Dekabrda necə olacağını biləcəyik.
- “Qəbələ” ilk titulunu sizin gedişinizdən sonrakı mövsümdə qazandı. Bunu necə qarşıladınız?
- Çox yaxşı qəbul etdim və klubda çalışan bütün insanlara - rəhbərliyə, baş məşqçiyə, futbolçulara təbriklərimi çatdırdım. Çox sevinirəm, çünki böyük yol qət etmişdilər. Hesab edirəm ki, “Qəbələ” buna layiq idi. Belə bir hadisənin baş verməsi çox xoş oldu. Doğrudan da pozitiv haldır.
- Demək olarmı ki, klub elə sizin dövrünüzdən bu titula doğru istiqamət götürmüşdü?
- Xeyr. Biz burada hər hansı fikir yürüdə bilmərik. “Qəbələ”də çalışdığım dövrü özüm üçün çox faydalı, çox yaxşı qiymətləndirə bilərəm. Hamıdan çox razıyam. Çox yaxşı nəticələrə nail olduğumuzu düşünürəm. Ən böyük nailiyyətim isə odur ki, hələ də Azərbaycanda xeyli dostum var. Bunu çox cəsarətlə deyirəm. Sizinlə olduğu kimi onlarla da məmnuniyyətlə görüşüb ünsiyyətdə ola bilərəm. Ümidvaram ki, bunların hamısı qarşılıqlıdır.
- “Qəbələ”dəki köməkçiniz Sənan Qurbanov sizdən sonra baş məşqçi təyin olundu və bu yaxınlarda istefa verdi. Onu “Astana”da köməkçiniz kimi görmək istərdiniz?
- Hər şeyi bilirəm, bütün xəbərlərdən məlumatlıyam. Onunla əlaqə də saxlayaraq, dəstək vermişəm. Həmçinin, bir-birimizə uğurlar arzulamışıq. Amma indi belə məsələlər barədə danışa bilmərik. Sənanla hər zaman görüşməkdən şad olaram. Daim ünsiyyətdəyik, bir-birimizə köməyə gələrik. Amma yalnız bunu deyə bilərəm. Özünə və ailəsinə isə xoşbəxtlik arzulayıram.
- Hazırda “Qəbələ” çox çətin dövrlərini yaşayır...
- İndi mən analiz apara bilmərəm. Çünki təfərrüatlardan, məhz hansı çətinliklərin olmasından xəbərsizəm. Onu deyə bilərəm ki, bütün rəhbərliyə, birgə çalışdığım bütün insanlara böyük minnətdarlıq hissi ilə yanaşıram. Çünki həqiqətən də həmin dövrü xoş və müsbət dəyərləndirirəm. Çox şadam və xoşbəxtəm ki, həyatımda belə bir dövr olub.
- Azərbaycanda çalışdığınız dövrdə “Qəbələ” üçün əsas rəqib “Qarabağ” idi. İndi isə Ağdam komandası ilə çempionluq uğrunda “Neftçi” mübarizə aparır. Sizcə, “Qarabağ”ın hegemonluğuna son verə bilməməyin səbəbi nədir?
- Daim hamıdan güclü olmaq üçün maddi imkanlar, yaxşı iş qabiliyyəti olmalıdır. O zaman nəticə də gələ bilər. Strateji cəhətdən belədir: Təkcə əsas rəqibindən yox, bütün komandalardan xal almağı bacaran komanda çempion olur. Çempion hər zaman qalib gəlməlidir. “Qarabağ” da müntəzəm olaraq, avrokuboklarda qrupa düşür, əsl futbol qrafikində çıxış edir. Bilirik ki, komandalar bundan ötrü çox yaxşı komplektləşməli, iki bərabər heyətə və avtoritetə malik olmalıdır ki, ona hakimlər və digər amillər maneçilik törətməsinlər. Bunlar çempionluq üçün başlıca amillərdir.
- Hazırda çempionluq yolunda əsas rəqibiniz azərbaycanlı qapıçının çıxış etdiyi “Tobol” komandasıdır?
- Biz təkcə “Tobol” barədə danışa bilmərik. Daha bir neçə rəqibimiz də var ki, onlar çempionluğa iddialıdır. Çox yaxşı komandalar olduqlarını da qeyd etməliyəm. Bunlar yaxşı səviyyəyə və oyunçulara malik 3-4 klubdur. Burada ciddi mübarizə gedir.
- Vaxtilə Azərbaycanda çempionluq uğrunda 3-4 komanda mübarizə apardığı kimi...
- Bəli. Hazırda Qazaxıstanda vəziyyət belədir. Real olaraq, hazırda 5 komanda çempionluğa iddialıdır.
- Əvvəllər Riçard Almeyda və Pedro Enrike “Astana”da da çıxış edib. Azərbaycandan daha hansı futbolçunu öz komandanızda görmək istərdiniz?
- Mən bu suala başqa cür cavab verərdim: Riçard Almeyda və Pedro Enrikenin burada çalışdıqları qısa dövr yaddaqalan idi. Onlar peşəkar və yüksək səviyyəli futbolçular idilər. Birgə çalışmaqdan böyük zövq alırdıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- “Lankaran Open 2026”da narazılıq: “Bugünkü hadisələr fiaskodur”
- “Qarabağ” milli üzvünün yolunu gözləyir?
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- “Neftçi” Qraviyonla müqavilə imzaladı, növbədə daha iki legioner var
- “Neftçi” yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurdu
- Çexiya klubu “Turan Tovuz”un aqibətini yaşadı, “Qarabağ”ın yolu asanlaşdı
- “Neftçi”nin rəqibləri müəyyənləşdi
-
18:17
Qurban Qurbanov: “VAR gələndən sonra hakimlikdən şikayətlər çoxalıb”
-
17:46
Azərbaycan üzgüçüləri iyulda 60 medal qazanıblar
-
16:58
Andrade: “Məni “Qarabağ”ın “qızıl oğlan”ı adlandırırdılar”
-
16:22
Freddi Varqas rəsmən “Neftçi”də
-
16:03
“Neftçi” və “Qarabağ”a görə metroda iş rejimi dəyişdi
-
15:31
Oçoa karyerasını bitirdi
-
14:49
“Neftçi” "Buduçnost"u məğlub etdi
-
14:14
Cəbrayıl və Qazaxda qolf üzrə tanıtım təlimləri keçirilib
-
13:55
Güləş millimizin dünya çempionatı üçün heyəti açıqlandı
-
13:27
Namiq Abdullayev: “Bakıdakı dünya çempionatına hazırlıq üçün bütün zəruri şərait yaradılıb”
-
13:00
“Neftçi” yenilənmiş saytını istifadəyə verib
-
12:46
"Neftçi"yə lazım olmadı, Serbiya klubuna keçdi
-
12:18
"Rakuv" Mahirin adını Konfrans Liqası üçün sifariş edə bilmədi
-
11:32
Belçika millisinin yeni baş məşqçisi müəyyənləşdi
-
10:53
ÇSKA-nın müdafiəçisi: “Qarabağ”la oyunda heç-heçə məğlubiyyət kimidir”
-
10:21
"Fənərbaxça"nın qələbəsi VİDEO
-
10:07
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:44
Azərbaycan UEFA reytinqi İsrailə bir qədər də yaxınlaşıb
-
09:30
“Neftçi” Minsk “Dinamo”sunu qəbul edir
-
21:25
Erməni güləşçilər Bakıya gəlir
-
21:00
“Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
-
19:46
"Dinamo"nun baş məşqçisi: "Məqsədimiz növbəti mərhələyə adlamaqdır"
-
19:18
Futzal millimizin oyunlarının təqvimi açıqlandı
-
18:33
"Zirə" "Göztəpə"nin sabiq hücumçusunu transfer etdi
-
17:02
Azər Məmmədov: “Oyunçular özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar”
-
16:29
"İmişli" gücünü "Qarabağ"ın əvəzedicilərinə göstərdi
-
15:53
Yuri Vernidub: “Sabahkı oyundan öncə kartlarımı niyə açım?”
-
15:32
Emin Mahmudov: “İndi “Braqa” barədə düşünmürük”
-
15:14
“Qəbələ” nigeriyalı vinger transfer etdi
-
14:41
Belarus klubu yeni transferini İçərişəhərdə təqdim etdi
-
14:00
“Qarabağ”ın yenilənmiş iştirak ərizəsini UEFA-ya göndərdi
-
13:27
Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
-
12:58
"Karvan-Yevlax" Orxan Sadıqlını heyətinə qatıb
-
12:36
Cavid Hüseynov: “Nəticə yox, meydanda görəcəyimiz iş vacibdir”
-
12:13
Toral oynadı, “Bursaspor” qalib gəldi
-
11:42
Stiv Beusnard “Turan Tovuz”da
-
11:05
“Sabahın Ulduzları”, xoş gəlir avazları
-
10:29
"Araz-Naxçıvan" braziliyalı legionerlə yeni müqavilə imzaladı
-
09:54
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:31
ÇSKA Bakıya xal itkisi ilə gəlir
-
19:49
“Kəpəz” - “Şamaxı” matçında heç-heçə
-
19:07
Qazax şəhərində avarçəkmə tədbiri keçiriləcək
-
18:22
“Karvan-Yevlax” qapıçı transfer etdi
-
17:51
Qazaxda velosiped idmanı üzrə Federasiya Kuboku keçiriləcək
-
17:15
“Səbail”in sabiq legioneri "Şəfa"ya keçdi
-
16:34
Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
-
16:00
Hacı Əliyev: “Dünya çempionatında hər bir güləşçimizdən uğurlu nəticə gözləyirəm”
-
15:48
Yamaykalı vinger rəsmən "Zirə"də
-
15:23
"Qarabağ"ın da potensial rəqibi bəlli oldu
-
15:09
Prezident İlham Əliyevdən İspaniyaya təbrik
22.07.2026
21.07.2026
20.07.2026























