Ölkə futbolu
Kamran Quliyev: "Neftçi"nin məqsədi Çempionlar Liqasının qrup mərhələsinə yüksəlmək olacaq"
"Biz hücum xəttini gücləndirmək üçün namizədləri uzun müddət axtardıq, lakin qış transfer dövründə oyunçu tapmaq imkanları bir qədər məhdud olur. Canluka Sansone İtaliyada çox məşhur futbolçudu. Keçmiş məşqçilərindən bir neçəsinin fikirlərini öyrəndikdən sonra onu transfer etməyə qərar verdik. Sansonenin uğurlu oyunçu olacağına əla təminatlar da almışıq".
Futbolxeber.az saytının məlumatına görə, bunu "Neftçi"nin prezidenti Kamran Quliyev "TuttoMercatoWeb"ə müsahibəsində deyib. Kamran Quliyev bildirib ki, italiyalı futbolçuların Azərbaycana axınının gələcəkdə də davam etməsi mümkündür:
"İtaliya futbolda liderlərdəndi. Bu ölkədən olan futbolçuları almaq asan deyil. Lakin Samsonenin transferi yeni futbol macəralarına ehtiyac duyan italiyalı digər futbolçuların bura yolunu aça bilər.
Azərbaycan sürətlə inkişaf edir və gələcəkdə italiyalı futbolçuların sayının get-gedə çoxalması da mümkündü. Canluka Azərbaycan Premyer Liqasında ilk italiyalı oyunçudur. Ümidvarıq ki, digərləri də bura gələcəklər".
Klub prezidenti "Neftçi"nin 12 yaşadək futbolçulardan ibarət komandasında daha bir italiyalı Lorentso Mezoterronun da yer aldığını xatırladıb: "O, çox istedadlı hücumçudur. Atası Azərbaycanda neft şirkətində çalışır".
Quliyev digər italiyalı - baş məşqçi Roberto Bordinin "Neftçi"yə gəlişindən də danışıb: "Mövsümün startı ərəfəsində biz baş məşqçi axtarır və İtaliya futbol məktəbini yaxından öyrənirdik. Vasitəçilərin köməyi ilə Roberto Bordinlə görüşdük. Onun barəsində çoxlu müsbət fikirlər səsləndirilmişdi. Şəxsi keyfiyyətləri və idarəçilik bacarığı seçimimizdə əsas rolu oynadı.Premyer Liqada 15 turdan sonra birinci pillədə qərarlaşmışıq. Ötən tur "Qarabağ"la səfərdə 1:1 hesablı heç-heçə etmişik. Qarşıda 13 tur qalıb və ən yaxın izləyicimizlə arada 3 xallıq üstünlüyümüz var. Döyüş davam edir".
Flaqmanın rəhbəri "Neftçi"nin tarixi ərzində əldə etdiyi nailiyyətlərdən də söz açıb: "Klubumuz 1937-ci ildə yaradılıb və uzun müddət SSRİ çempionatında "Neftyanik" və ya "Neftçi" adları ilə mübarizə aparıb. "Neftçi" 1966-cı il SSRİ çempionatında bürünc medal qazanıb. Həmin il SSRİ yığması isə klubumuzun futbolçusu və ən yaxşı bombardiri Anatoli Banişevskinin qolları sayəsində İngiltərədəki dünya çempionatında 4-cü yeri tutub. Postsovet məkanında Avropa Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu da biz olmuşuq. Qrupdakı ilk matçımızda İtaliya "İnter"inə Bakıda 1:3 hesabı ilə uduzsaq da, "San Siro"da şücaət göstərərək, 2:2 hesablı heç-heçə etmişik. Yaxın bir neçə ildə "Neftçi"nin məqsədi əvvəlcə Avropa Liqasının, daha sonra Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməkdən ibarət olacaq".
Son 10 ildə Azərbaycan futbolunun yüksək səviyyədə inkişaf etdiyini bildirən K.Quliyev yeni stadionlar, təlim-məşq və idman mərkəzlərinin yaradıldığını diqqətə çatdırıb. "Neftçi" ilə yanaşı, "Qarabağ" və "Qəbələ"nin də avrokubokların qrup mərhələlərində çıxış etdiyini xatırladan "ağ-qaralar"ın prezidenti Azərbaycanın 2012-ci ildə 17 yaşadək qızlar arasında dünya çempionatına ev sahibliyi edən ilk müsəlman ölkəsi olduğunu vurğulayıb:
"2016-cı ildə biz 17 yaşadək futbolçular arasında Avropa çempionatı təşkil etdik. Bu il Bakıda Avropa Liqasının final matçı, gələn il isə Avropa çempionatının 4 oyunu, o cümlədən 1/4 final qarşılaşmalarından 1-i olacaq.
Hazırda Avroliqada bir çox maraqlı klub mübarizəni davam etdirir. Bakıdakı final qarşılaşması unudulmaz olacaq. Şəxsən mən həlledici görüşdə "Napoli" və "Sevilya"nı görmək istərdim".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
-
11:56
II Liqada klubunda baş məşqçi ayrılığı
-
11:38
"Real"dan 4 qollu qələbə VİDEO
-
11:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:45
"Bavariya" - "Arsenal" matçında 4 qol VİDEO
-
10:29
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər FOTOLENT
-
10:14
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi VİDEO
-
09:52
Millimiz Latviyaya uduzub
-
09:30
"Qalatasaray" səfərdə "Lilli"i məğlub etdi VİDEO
-
18:26
"Qarabağ" və "Araz-Naxçıvan"ın futbolçuları üçün sessiya keçirildi
-
18:03
Turun mərkəzi oyununda “Şahdağ Qusar” qalib gəldi
-
17:39
Azərbaycanın cüdo klubu Çempionlar Liqasında iştirak edəcək
-
16:41
AVF rəsmisi Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb
-
16:14
Cüdoçularımız Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər
-
15:57
Emrelininin yeni baş məşqçisi məlum oldu
-
14:25
PSJ-də şok itki: 9 ay oynamaya bilər
-
14:00
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
-
13:32
Voleybol millimiz Gürcüstana yola düşüb
-
12:18
Üç təmsilçisimiz dünya çempionatında qələbə qazanıb
-
11:46
"Liverpul"dan 4 qollu qələbə VİDEO
-
11:23
Avropa çempionatı: Daha 7 boksçumuz növbəti mərhələdə
-
10:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:09
Ziya Rəcəbov: “Zaqrebdə də öz sözümüzü deyəcəyik”
-
09:54
"Fənərbaxça" sonda qələbəi əldən verdi VİDEO
-
09:31
Ayşən Əbdüləzimova: “Hədəf ÇL-in qrupudur”
-
09:17
PSJ - "Barselona" matçında 6 qol VİDEO
-
09:00
Həsən Zeynalov: “Heç vaxt mübarizəsiz təslim olmarıq”
-
20:57
“Turan” “Mladost”u məğlub etdi
-
20:21
U-15 millimizin dünya çempionatı üçün heyəti
-
19:30
II Liqada 8-ci tura yekun vuruldu
-
18:12
"Qarabağ" və "Neftçi"nin cərimələri açıqlandı
-
18:05
Bağırov 1 oyunluq cəzalandı, "Şamaxı" cərimələndi
-
17:54
Dünya çempionatı: Güləş millilərinin heyəti açıqlanıb
-
17:28
ACF Kuboku keçiriləcək
-
16:46
Orxan Hüseynzadə yeni təyinat alıb
-
16:19
FIFA reytinqi: Azərbaycanm millisi yerində sayıb
22.10.2026
21.10.2026
20.10.2026
























