4 Fevral 2026, Çərşənbə
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Ölkə futbolu

Rüfət Dadaşov: "Tanklar yenidən doludu"

"Bild" nəşri millimizin və "Proyssen"in futbolçusu Rüfət Dadaşovla bağlı yazı dərc edib.
 
Futbolxeber.az saytının məlumatına görə, "Rüfət "Proyssen"i qaldırmaq istəyir" başlıqlı yazıda 27 yaşlı hücumçunun Abu-Dabidəki iki həftəlik istirahətini tamamlayaraq, Münsterə qayıtdığı vurğulanıb. 
 
Millimizin oyunçusunun ideal formada və  ikinci dövrəyə daha hazır  olduğu bildirilib. Onun komanda ilə məşqlərə başlayacağı qeyd olunub. 7 qolla  3-cü bundesliqa təmsilçisinin bombardiri olan R.Dadaşov da ikinci dövrəyə hazır olduğunu təsdiqləyib:
 
"Fasilə ikinci dövrə üçün gücümü bərpa etməyə çox kömək etdi. İkinci dövrəyə tam hazıram. Zədədən sonra bərpa dönəmi önəmli idi. İndi tanklar yenidən doludu". Dadaşov "Proyssen"də son qolunu noyabrın 11-i vurub. O, zədə səbəbindən komandasının son 4  oyununun 3-ü buraxmışdı.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28