Ölkə futbolu
Qurban Qurbanov: "İradları öz üzərimə götürməyə razıyam"
Milli komandamızın baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının qrup mərhələsində Malta ilə 1-1 hesablı heç-heçədən sonra mətbuat konfransında fikirlərini bölüşüb.
Futbolxeber.az saytının məlumatına görə, 46 yaşlı çalışdırıcı öncə oyunla bağlı danışıb:
- Futbolçularıma təşəkkür edirəm. Qalib gəlməsək də, bunun üçün bütün gücümüzü ortaya qoydu. Xeyli sayda qol epizodlardan istifadə edə bilmədik. Bu da normaldı. Məğlub olsaydıq, futbolçularımdan razı qalacaqdım. Çünki çox döyüşdük.
- Qələbə qazanmaq üçün nə çatmadı?
- Gördüyünüz kimi, qol vura bilmədik. Futbolçularda gərginlik var idi. Deməzdim ki, bacarıqları yoxdu. Hər epizodda düzgün oynayırdılar. Buna görə onlara etiraz etmədim. Sadəcə, qol çatmadı.
- Azərbaycanlı futbolçular tez-tez oyun keçirməyə hazır deyil. Farer adlarından uzun yol gəldiyimizi nəzərə alsaq, start heyətdə dəyişiklik etmək düzgün olmazdımı?
- Əslində, heyətdə dəyişiklik etmək istəyirdim. Fikrim Təmkin Xəlilzadəni start heyətdə meydana buraxmaq idi. Sadəcə, Təmkin iki gün öncə xəstələnmişdi. Futbolçuların fiziki durumundan razı qaldım. Oyun sürətli getdi, dayanmadıq. Futbolçuların çoxu bu rejimə uyğunlaşırlar. Uyğunlaşa bilməyən futbolçular da bunu dərk etməlidirlər.
- Futbolçuların bəziləri oyunun sonlarında çox yorulmuşdular. Nəyə görə üçüncü dəyişikliyə əl atmadınız?
- Farer adaları ilə oyundan sonra bərpa keçməyimiz vacib idi. Ancaq səfərdən gec qayıtdıq və bundan narahat idim. Dəyişiklik etsəydik, oyunumuz istədiyimiz kimi alınmaya bilərdi. Futbolçular öz mövqelərində yaxşı oynayırdılar.
- Rəqib komandanın baş məşqçisi Ray Farruciya Azərbaycanın fantastik komanda olduğunu bildirdi. Bunu kinayə kimi qəbul etmirsiniz?
- Məncə, millimiz barədə pozitiv fikirlər səsləndirmək olar. Əvvəl də dediyim kimi, oyundan razı qaldım.
- Səlahət Ağayev son zamanlar yaxşı formadadır. Ona şans vermək düzgün olmazdımı?
- Biz təcrübəyə daha çox önəm veririk. Kamran bu gün millinin ən çox forma geyinən futbolçusudur. Kamranın çox yaxşı oyunları olub, bu gün isə texniki səhvləri var idi. Səlahəti meydana buraxa bilərdik. Amma belə oyunlarda təcrübə çox vacib rol oynayır.
- Malta və Kosovo kimi komandalara qarşı yaxşı oyun sərgiləyirik, ancaq qələbə qazana bilmirik. Cəbəllütariq kimi antifutbol oynayıb qələbə qazana bilmərik?
- Belə oyunlar, belə xallar təsadüfi olur. Azarkeşlərimiz hər zaman gözəl futbol görmək istəyirlər. Mən həmişə demişəm ki, yaxşı komanda yaratmaq üçün çalışmalıyıq. Bəzən elə olur ki, rəqib istədiyin futbolu oynamağa imkan vermir. Nə mən istəyərəm pis oynayıb qalib gələk, nə də siz istəyərsiniz.
- Millimizin qrupdan çıxmaq şansı nə qədərdir?
- Mən komandama inanıram. İnam olmasa, hazırlaşmağa ehtiyac yoxdur. Ola bilər ki, qarşıdakı oyunlar üçün heyətdə dəyişiklik etdim. Mənim istədiyim xarakter futbolçularda var. Oyundan-oyuna daha yaxşı kollektiv olacağıq. Hər iki oyunda qələbə qazanmağa çalışacağıq. Bunu futbolçular dərk edirlər.
- Azarkeşlər oyundan sonra millini fitə basırdılar. Bu barədə nə deyə bilərsiniz?
- Azarkeşlərimiz qələbə istəyirlər. Onlara həmişə hörmətlə yanaşmışıq, haqqları var. Ən azı oyuna görə buna layiq deyildik. Bəlkə məni fitə basırdılar? O da ola bilər. Futbolçularıma irad bildirmədim. Onların yanındayam, futbolçularıma güvənirəm.
- Premyer Liqada elə bir legioner futbolçu var ki, onu milliyə dəvət etmək istəyirsiniz?
- Olsaydı, milliyə cəlb edərdik. Amma belə bir fikrim yoxdur.
- "Neftçi"nin heç bir futbolçusuna şans vermirsiniz və azarkeşlər buna etiraz edirlər. Bu məsələyə nöqtə qoymağınızı istərdik.
- Mən "Qarabağ"lı olsam da, "Neftçi"yə simpatiyam var. Peşəkar futbola "Neftçi"də başlamışam və irəliyə getmişəm. Mən inanmıram ki, "Neftçi" azarkeşləri belə fikir səsləndirə. "Neftçi"nin futbolçuları klublarında stabil oynamırlar. Məni tanıyan belə fikir səsləndirməz. Belə fikirlər olacaq. Digər klublar da bu barədə danışa bilər.
- Mahir Mədətov öz oyununa görə azarkeşlərin tənqidi ilə üz-üzə qalıb. Onun yerinə başqa oyunçu meydana buraxa bilməzdiz?
- Mahirə həddən artıq təzyiq var azarkeşlər tərəfindən. Mən sosial şəbəkələrdə olmuram, amma eşidirəm. Mahir ən hərəkətli oyunçularımızdan biri idi. Biz futbolçunu mütləq qazanmalıyıq. Bu gün qol pasını da o verdi. Bizim bu futbolçulara xalq olaraq ehtiyacımız var. Mahir oyundan sonra paltardəyişmə otağında oturub ağlayırdı. Həmişə öz futbolçularımın yanındayam. Onların nələr keçirdiklərini məndən yaxşı heç kim bilməz. Mahirin, Pavelin qaşı partladı. Bu futbolçulara güvənmək lazımdı. Başqa oyunçularımız yoxdu. Onları itirmək istəmirəm. Əksinə, daha yaxşı futbolçu etmək, peşəkar etmək istəyirəm. Onların hər biri həddən artıq məsuliyyətlidilər. Bəzən soyuqqanlı olmaq gərəkən epizodlarda çətinlik çəkirdilər. Bizim futbolda çatışmayan cəhətlər çoxdu. Amma istəyirik ki, onları itirməyək. Nə qədər onlara ehtiyacımız var, daha çox yapışmalıyıq. Futbolçularımı yaxşı tanıyıram. Bütün iradları öz üzərimə götürməyə razıyam ki, futbolçular oyunlara rahat hazırlaşsınlar. Bu gün böyük xarakter göstərdilər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
23.10.2026
22.10.2026
























