4 Mart 2026, Çərşənbə
"Zirə" ilk yarımfinalçı oldu
“Qarabağ”dan möhtəşəm geridönüş
"Quba"nın futbolçusu mükafatlandırıldı
Şamaxıda və Qəbələdə bərabərlik

Ölkə futbolu

“Qəbələ”dən növbəti çempionluq

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-13 Liqasına yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, turnirin final matçında “Qəbələ” və “Neftçi”nin 13 yaşadək futbolçulardan ibarət komandaları üz-üzə gəliblər. “Qırmızı-qaralar” bu matçdan 2:0 hesablı qələbə ilə ayrılıblar.

Beləliklə, “Qəbələ” U-13 Liqasının çempionu adını qazanıb. Final matçından sonra mükafatlandırma mərasimi keçirilib. Yarışın ən güclü komandası medallarla təltif olunub. “Qəbələ” futbolçularına qızıl medallar və çempionluq kuboku verilib.

Xatırladaq ki, paytaxt zonasından final mərhələsinə yüksələn “qırmızı-qaralar” 1/8 finalda Mingəçevir UGİM-ini (3:0, 3:0), 1/4 finalda “Sumqayıt”ı (4:0, 2:3), yarımfinalda “Səbail”i (2:2, 0:0) mübarizədən kənarlaşdırıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31