Ölkə futbolu
Qriqorçuk: “Döyüşürük, əlimizdən gələni edirik, hakimlər isə hər şeyi məhv edir”
Topaz Premyer Liqanın 24-cü turunda səfərdə "Neftçi”yə uduzan (0:1) "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Futbolxeber.az saytının məlumatına görə, ukraynalı mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- Bu gün yaxşı oyun izlədik. Təəssüf ki, bu matçda məğlub olduq. Futbol belədir. Komandamın oyunundan razı qaldım. Futbolçularım kombinasiyalı, sürətli oyun sərgilədilər. Cərimə zərbəsindən erkən qol buraxdıq. Rəqib bizim qapının önündə az qol fürsəti yaratdı. Demək olar ki, yüzfaizlik qol epizodu yaratmadılar. Qol buraxdığımız epizodda, məncə, qayda pozuntusu yox idi. Bu, birinci dəfə deyil.
- Ümumiyyətlə, hakimliyi necə dəyərləndirərdiniz. Hakim tez-tez oyunu saxlayaraq xırda follar verirdi. Siz də buna tez-tez etiraz edirdiniz...
- Dediyim kimi, qol buraxdığımız cərimə zərbəsi, məncə, düzgün verilməmişdi. Komandam yaxşı mübarizə apardı. Lakin 3-cü dəqiqədə verilən cərimə zərbəsi hər şeyi tam dəyişdi. Etiraz edəndə deyir ki, rəqibə də sarı vərəqə göstərdim. Əlbəttə, göstərməlisən. Hətta daha artıq göstərməli idi. Hakim meydanda düzgün idarəçilik etməlidir. Düzdür, biz hakimliyi yox, öz oyunumuzu müzakirə etməliyik. Məhəmməd Mirzəbəyov bir neçə dəfə simulyasiya etsə də, hakimin fiti susurdu. O, ilk hissədə simulyasiya etdi, bunun da nəticəsində təyin edilmiş cərimə zərbəsindən rəqib hesabı açdı. Daha sonra da bunu təkrarladı. Biz isə futbolçularımıza həmişə simulyasiya etməməyi tapşırırıq. Məhəmməd dindar insandır, yalan danışa bilmir. İndi onun özündən soruşacağam, görək həmin epizodda simulyasiya etmişdi, ya yox. Baş hakim buna niyə göz yumurdu? Mən bundan yorulmuşam. Artıq neçənci dəfədir eyni hal təkrarlanır. "Qəbələ” bundan artıq nə etməlidir? Biz döyüşürük, əlimizdən gələni edirik, oyunlara yaxşı hazırlaşırıq. Lakin bu cür qərarlar hər şeyi məhv edir. Artıq oyunçuların üzünə baxa bilmirəm. Rəqib də yaxşı təsir bağışladı. Ümumilikdə, bu gün meydanda sərgilənən futbol mənim xoşuma gəldi.
- Rəqib azlıqda qalsa da, yenə qalib gələ bilmədiniz. Buna hakimlər nə etsin?
- Bununla razılaşmıram. Rəqibə qırmızı vərəqə verilməli idi. Hakim rəqib futbolçuya qırmızı vərəqə göstərməklə bizə kömək etmədi. O ki qaldı oyuna, bayaq da dediyim kimi, futbolçularımın oyunundan razı qaldım.
- Bu gün Ruslan Qurbanovu müdafiədə oynadırdınız. Bu, ona bir qədər yad mövqedir.
- O, artıq bundan öncəki 6-7 oyunda da bu mövqedə çıxış edir. Bu, onda yaxşı alınır. Ruslan həm hücumda, həm də arxa xəttdə yaxşı çıxış edir.
- Bir də bu gün hamı qapıda Dmitri Bezotosnının olacağını gözləsə də, siz Aqil Məmmədova şans verdiniz...
- Aqilin start heyətdə yer almasına səbəb Dmitrinin zədəli olması idi. O, kubok oyununa da zədəli çıxmışdı.
- "Qarabağ” artıq çempion oldu. Bu, komandanı növbəti oyunlara kökləməkdə çətinlik yaratmayacaq?
- "Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Bu komanda artıq bir neçə tur idi çempionluğa çox yaxın idi. Onlar buna layiq idilər. Bu komanda digərlərini aşkar üstələyirdi. "Qarabağ” ilk pilləni təmin etdi. Lakin biz hələ 2-ci pilləni təmin etməmişik. Biz çempionatda da sona kimi mübarizə aparmalıyıq. Düzdü, kubok bizim üçün vacibdi, lakin bu o demək deyil ki, çempionatda var qüvvəmizlə mübarizə aparmayacağıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
24.10.2026
23.10.2026
























