26 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Avstraliyaya uduzdu
"Qarabağ" bir xalla kifayətləndi
Balayev(lər)in sual fobiyası... - YAZI
Kurban Berdıyev: “Xal itirdik”

Ölkə futbolu

UEFA Teo Uiksi cəzalandırdı

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Maribor” (Sloveniya) - “Qəbələ” matçında (1:0) qırmızı vərəqə alan Teo Uiksin cəzası müəyyənləşib. Futbolxeber.az saytının məlumatına görə, səfər matçının 69-cu dəqiqəsində meydandan kənarlaşdırılan liberiyalı hücumçu 2 matçlıq cəzalandırılıb. Buna onun birbaşa qırmızı vərəqə alması səbəb olub. Görüş zamanı yaşanan epizodu müzakirə edən UEFA-nın İntizam Komitəsi futbolçunun 2 oyunluq cəzalanmasını məqsədəuyğun sayıb. Bu isə o deməkdir ki, Uiks qrup mərhələsinin ilk iki turunu buraxacaq. Hücumçu sentyabrın 15-də “Anderlext”lə (Belçika) səfər, 29-da “Mayns”la (Almaniya) ev matçlarını cəza üzündən buraxacaq.


gabalafc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31