1 Aprel 2026, Çərşənbə
Millimiz FIFA reytinqində irəlilədi
"Kəpəz" 6500 manat cərimələndi
Vaqif Cavadov Azərbaycan millisində
Riad Rəfiyev Harvardın məzunu oldu

Ölkə futbolu

Qurbanov İcraiyyə Komitəsində?!

AFFA-nın İcraiyyə Komitəsinə daha bir namizədin adı bəlli olub. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, “Qarabağ” rəhbərliyi baş məşqçisi Qurban Qurbanovun namizədliyini vermək fikrindədi.

44 yaşlı mütəxəssis böyük ehtimalla Peşəkar Futbol Liqasını (PFL) təmsil edəcək 4 klub nümayəndəsindən biri olacaq. Buna martın 11-də baş tutacaq AFFA-nın Hesabat-Seçki Konfransında aydınlıq gələcək.

Qurbanov klublar tərəfindən irəli sürülən 3-cü namizəddi. Onadək AZAL Rauf Əliyev, “Sumqayıt” Vaqif Sadıqovu İcraiyyə Komitəsində görmək istədiyini açıqlayıb.

Qeyd edək ki, komitənin hazırkı tərkibində PFL-i Vaqif Sadıqov (“Sumqayıt”), Kazbek Tuayev (AZAL), Hafiz Məmmədov (“Bakı”) və Rauf Əliyev (“Neftçi”) təmsil edir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30