29 Oktyabr 2025, Çərşənbə
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”

Ölkə futbolu

Vüqar Nadirov kubokun tarixinə düşdü

Azərbaycan kubokunun 2014/15 mövsümündə ilk het-trik qeydə alınıb. Futbolxeber.az-ın məlumatına görə. 1/4 final mərhələsinin “Bakı” ilə səfərdəki cavab oyununda vurduğu 3 qolla “Qarabağ”ın 4:1 hesablı qələbəsində pay sahibi olan Vüqar Nadirov ilkin müəllifi kimi tarixə düşüb. Kubok yarışlarında 2013/14 mövsümündə də bir oyunda 2-dən artıq qol vuran olmamışdı. Sonuncu het-trik isə 2012/13 mövsümünün 1/4 final mərhələsində qeydə alınmışdı. İndiki kimi cavab oyunları çərçivəsində keçirilən matçlar zamanı Ağabala Ramazanov het-trikə imza atıb. O, 2013-cü il martın 7-də “Rəvan”la ev oyununda fərqlənib. Maraqlıdır ki, həm Ramazanov, həm də Nadirov qollardan birini 1-ci, ikisini 2-ci hissədə vurub. Azərbaycan kubokunda iki het-triki 736 gün ayırıb.


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31