1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Xarici futbol

UEFA Çernoqoriya - Rusiya matçı ilə bağlı qərarını açıqladı

UEFA Avro-2016-nın seçmə mərhələsi çərçivəsində yarımçıq dayandırılan Çernoqoriya - Rusiya matçı ilə bağlı yekun qərarını açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, qitə futbol qurumunun qərarına əsasən Çernoqoriya yığmasına texniki məğlubiyyət verilib. Üstəlik, Çernoqoriya millisi tsikldəki növbəti 2 oyununu azarkeşsiz keçirəcək. İkinci oyun üçün cəza şərtidir.

Qalmaqallı oyunla UEFA həm Çernoqoriya Futbol Federasiyasına, həm də Rusiya Futbol İttifaqına (RFİ) pul cəzası da verib. İnsidentə görə çernoqoriyalılar 50 min avro cərimələniblər. RFİ-nin cəzası isə 25 min avrodur. Rusiya millisinin azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etmələri və meydana yad əşya atmaları qitə futbol qurumunun belə qərar qəbul etməsinə gətirib çıxarıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30