1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Xarici futbol

Ronaldo və Suarez “Qızıl buts”a sahib çıxdılar

Avropa ölkələrinin çempionatlarında ən çox qol vuran futbolçuya təqdim olunan “Qızıl buts”un sahibi müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, mükafata iki futbolçu sahib çıxıb. Söhbət Kriştianu Ronaldo və Luis Suarezdən gedir. Hər 2 futbolçu hərəyə 31 qol vuraraq, 62 xal toplayıblar.

Ronaldo artıq üçüncü dəfədir ki bu mükafat sahib çıxıb. Bununla da portuqaliyalı futbolçu Messiyə çatıb. Hazırda hamıdan çox “Qızıl buts”u məhz bu iki futbolçu qazanıb.  

2 futbolçunun eyni anda mükafata sahib çıxması üçüncü dəfə baş verir. Buna qədər 1989/90 mövsümündə “Qızıl buts” Uqo Sançes (“Real”) və Xristo Stoiçkova (ÇSKA, Sofiya), 2004/05 mövsümündə isə Tyerri Anri (“Arsenal”) və Dieqo Forlana (“Vilyareal”) qismət olub.

Geridə qalan mövsümdə Avropanın 10 ən yaxşı bombardirinin siyahısı aşağıdakı kimidir:

1-2.  Kriştianu Ronaldo (“Real”)                   31 qol (62 xal)

        Luis Suarez (“Liverpul”)

3.     Lionel Messi (“Barselona”)                  28 qol (56 xal)

4.     Dieqo Kosta (“Atletiko”)                      27 qol (54 xal)

5.     Xonatan Soriano (“Zalsburq”)              31 qol (46,5 xal)

6.     Çiro İmmobile (“Torino”)                     22 qol (44 xal)

7.     Alfred Finnboqason (“Herenven”)                29 qol (43,5 xal)

8.     Deniel Starric (“Liverpul”)                   21 qol (42 xal)

9-12.Luka Toni (“Verona”)                          20 qol (40 xal)

        Cekson Martines (“Portu”)                    20 qol (40 xal)

Yaya Ture (“Mançester Siti”)               20 qol (40 xal)

Robert Levandovski (“Borussiya” D)   20 qol (40 xal)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30