1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Digər idman növləri

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb.
 
Futbolxeber.az saytının məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən yarışlarda Balakən Olimpiya İdman Kompleksi, Zirə Mədəniyyət Mərkəzi, “Ocaq” Sport Klubu (Bakı və Sumqayıt bölmələri), İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi və “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbini 24 qadın və 29 kişi olmaqla ümumilikdə 53 idmançı təmsil edir.
 
Bakı çempionatında böyüklər (2008-ci il və daha böyüklər), gənclər (2011-2009), yeniyetmələr (2012-2013) yaş kateqoriyasında qadın idman gimnastikasının nümayəndələri, böyüklər (2006-cı il və daha böyüklər), gənclər (2007-2008 / kateqoriya A), gənclər (2009-2010 / kateqoriya B), yeniyetmələr (2011-2012) yaş kateqoriyalarında isə kişi idman gimnastikasının təmsilçiləri mübarizə aparırlar. Bakı birinciliyində iştirak edəcək idmançılar arasında kişi idman gimnastikasının yeniyetmələr (2011-2012), uşaqlar (2013-2014), balacalar (2015-2016), kiçiklər (2017), qadın idman gimnastikasının isə gənclər (2011-2009) və yeniyetmələr (2012-2013) yaş qrupuna aid nümayəndələri yer alırlar. Xanım idmançılar dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlərdə, kişi gimnastlar isə sərbəst hərəkətlər, gimnastika atı, halqalar, dayaqlı tullanma, parallel qollar və turnikdə özlərini sınayırlar.
 
Qeyd edək ki, yarışlara mayın 10-da yekun vurulacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30