1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Digər idman növləri

Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi milli komandalarla görüşüb

Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Bəhruz Quliyev və baş katib Faiq Orucov Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmiş voleybolçularla görüşüblər.

Futbolxeber.az saytına AVF-nin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə qız və oğlanlardan ibarət U-18 və U-20 yığmalarımızın üzvləri, məşqçilər heyəti, federasiyanın əməkdaşları iştirak ediblər.

Tədbirdə yarışla bağlı ümumi müzakirələr aparılıb, təmsilçilərimizin keçirdikləri qarşılaşmalar, nəticələr dəyərləndirilib.

B.Quliyev bildirib ki, potensiallı gənc voleybolçularımız kifayət qədərdir və onların yaxşı oynaması, təcrübə toplaması üçün daha çox çalışmaq lazımdır.

Quliyev vurğulayıb ki, beynəlxalq yarışlarda nailiyyətlər qazanmaq üçün gənclərə ilk olaraq oyun səviyyələsini artırmaq, təcrübə toplamaq vacibdir. Bunun üçün federasiya hər zaman müvafiq şərait yaradacaq. Voleybolçular da öz növbələrində yaxşı nəticələr qazanmaq üçün daim üzərilərində çalışmalıdırlar. Bu istiqamətdə idmançılara və məşqçilərə müəyyən tövsiyələr verilib.

Sonda idmançıların və məşqçilərin fikirləri dinlənilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30