1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Digər idman növləri

Boks millimiz Bakıya qayıtdı

Hindistanın paytaxtı Yeni Dehlidə qadın boksçular arasında dünya çempionatında ölkəmizi təmsil etmiş Azərbaycan milli komandası Vətənə qayıdıb.

Futbolxeber.az-ın Azərbaycan Boks Federasiyasının saytına istinadən verdiyi məlumata görə, nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Boks Federasiyasının kollektivi, Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Millinin baş məşqçisi Yadigar Məmmədov 9 ildən sonra mundialda qazanılan bürünc medalı yığma üçün uğurlu adlandırıb. O, növbəti yarışlarda komandasının daha yaxşı çıxış edəcəyinə inandığını deyib: “Mundiala 6 idmançı ilə yollanmışdıq. Onlardan Zeynəb Rəhimova (54 kq) 2, Məhsəti Həmzəyeva (57 kq) 1 qələbə qazandı. Dünya reytinqində 3-cü olan Aynur Rzayeva dünya çempionatını bürünc medalla bitirdi. Onun finala yüksələ bilməməsində isə çəkisinin rəqiblə müqayisədə az olması rol oynadı. Amma qarşıdakı yarışlar üçün Aynurun çəki dərəcəsində dəyişiklik edəcəyik. Çünki Olimpiya çəkisi 75 kq olduğu üçün Rzayevaya yeni proqram tərtib edəcəyik ki, o, bu çəkidə rahat işləsin”.

Azərbaycan tarixinə dünya çempionatında medal qazanan ilk yerli boksçu kimi düşən Aynur Rzayeva (+81 kq) isə növbəti hədəfinin Avropa Oyunlarında Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə əldə etmək olduğunu vurğulayıb: “Yarışa çox ciddi hazırlaşmışdıq və Hindistana medal əldə etmək üçün yollanmışdıq. Buna həm fiziki, həm də psixoloji cəhətdən hazır idim. Ən əsası isə özümə inanırdım. Döyüşlərim də yaxşı alındı. Yarımfinalda reytinqli rəqiblə qarşılaşdığım. Lakin fikrimcə, qələbə rəqibə verilməli deyildi. Məqsədim Avropa Oyunlarına yaxşı hazırlaşıb, Olimpiadaya lisenziya qazanmaqdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30