1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Digər idman növləri

Azərbaycan minifutbol tarixində bir ilk

Monteneqronun Herseq-Novi şəhərində Avropa Minifutbol Federasiyasının (EMF) təşkil etdiyi minifutbol üzrə Çempionlar Liqası davam edir.

Futbolxeber.az saytının məlumatına görə, sayca beşinci dəfə keçirilən ÇL-də ölkəmizi bu mövsüm “Alfa Fire” liqanın son çempionu “Beerbaşa” komandası təmsil edir.

Təmsilçimiz ötən gün keçiriləcək ilk turun oyununda Çexiya komandası “La Plate de Cünde Praha” ilə mübarizə aparıb və 1:2 hesabıyla uduzub. 

Bu gün isə “Beerbaşa” Bolqarıstan təmsilçisi “DXC Technology” ilə üz-üzə gəlib və 5:1 hesablı qələbəyə sevinib. Qollara Emil Məmmədov, Elvin Əlizadə, Mirmehdi Rzayev, Cəfər Cəfərov və Eşqin Tağıyev imza atıblar. 

Nəticədə “Beerbaşa” avrokuboklarda ilk qələbə və ilk xal qazanan Azərbaycan klubu kimi adını minifutbol tariximizə yazdırıb.

“Beerbaşa” sabah baş tutacaq son turun matçında Rumıniya “AEK Oradea”sı ilə qarşılaşacaq. Rəqib hazırda 4 xalla qrup lideridir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30