3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

Millimizin heyəti açıqlandı

Avropa çempionatının hazırlıq planına əsasən minifutbol millimiz aprelin 24-dən mayın 2-dək Monteneqroda təlim-məşq toplanışı keçəcək.

Futbolxeber.az saytının məlumatına görə, bununla əlaqədar baş məşqçi Elşad Quliyev milli komandaya 20 futbolçu cəlb edib: Qapıçılar: Davud Kərimi, Ağaseyid Qasımov (hər ikisi “Zirə”), Vəli Qafarov (“Birbaşa Bakı”).

Müdafiəçilər: Müseyyib Vəliyev, Vüsal İsayev, Təmkin Xəlilzadə (hamısı “Birbaşa Bakı”), Taleh Babayev, Ramiz Çovdarov, Elşad Manafov (hamısı “Zirə”).

Yarımmüdafiəçilər: Elvin Əlizadə (“Birbaşa Bakı”), Məhəmməd Xəlilov, Rəvan Kərimov, Mirkamil Əliyev (hamısı “Zirə”), Kamran Qürbətov, Təmraz Əmircanov (hər ikisi “Aznur”).

Hücumçular: Eşqin Tağıyev, Mirmehdi Rzayev (hər ikisi “Birbaşa Bakı”), Samir Həmzəyev, Seymur Məmmədov (hər ikisi “Zirə”), Bəxtiyar Soltanov (“Odlar Yurdu”).

Xatırladaq ki, aprel ayının 30-da yığma komandamız Serbiya, Rumıniya, Monteneqro, Albaniya və Bosniya və Herseqovina millilərinin də qatıldığı turnirdə iştirak edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31