1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Minifutbol

“Neftçi” Mircavadovu təbrik etdi

“Neftçi” PFK-nın prezidenti Kamran Quliyev veteran futbolçu, komandamızın sabiq baş məşqçisi, AFFA-nın Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovu 75 illik yubileyi münasibətilə təbrik edib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.

Qeyd edək ki, 1967-1970-ci illərdə ağ-qara formanı geyinmiş Ağasəlim Mircavadov 1983-1985, 1987-ci illərdə “Neftçi”də məşqçi, 1987-1988, 1989, 2004-2006-cı illərdə isə baş məşqçi vəzifəsində çalışıb. Flaqman onun rəhbərliyi altında 2005-ci ildə Azərbaycan çempionatının, 2006-cı ildə ildə isə “Birlik kuboku”nun qalibi olub. Mircavadov 1988-ci ildə “Azərbaycanın əməkdar məşqçisi” fəxri adına, 2008-ci ildə “Şöhrət” ordeninə, 2018-ci ilin dekabrından isə Prezidentin fərdi təqaüdünə layiq görülüb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30