3 Iyun 2024, Bazar ertəsi
Finalın hakimləri müəyyənləşdi
Millimiz Belçikanı məğlub etdi
Mourinyo rəsmən "Fənərbaxça"da
U-21 millimizin heyəti açıqlandı

Minifutbol

Ronaldinyo apreldə Bakıya gələ bilər

Oktyabrda paytaxtımızın qonağı olan Ronaldinyonun Bakıda açılması nəzərdə tutulan futbol məktəbi ilə bağlı yeniliklər var.
 
Futbolxeber.az saytının məlumatına görə, Qəbələ Futbol Akademiyasının direktor müavini Nail Kərimov "Ronaldinho Soccer Academy" Bakının hansı nöqtəsində açılacağını dəqiqləşdirdiklərini bildirib:
 
“Akademiyanın Bakının hansı nöqtəsində olacağını müəyyən etmişik. Amma bu haqda indi açıqlama vermək istəmirik. Yaxın günlərdə ictimaiyyətə bildirəcəyik. Planlarmıza görə apreldə artıq məktəb hazır olmalıdı. Açılış mərasimini elə bir günə təyin ediləcək ki, tədbirdə Ronaldinyo da iştirak edə bilsin”. 
 
O, məktəbdə yerli məşqçilərdən savayı braziliyalı çalışdırıcıların da işləyəcəyini deyib:
 
“Məktəbdə əsasən, yerli məşqçilər olacaq. Amma bundan başqa 2 braziliyalı çalışdırıcı da işləyəcək. Həmin məşqçilərin kim olduğu haqda indidən nəsə deyə bilmərəm. Ronaldinyo müəyyən təhsili və məşqçi kateqoriyası olan mütəxəssislər arasında seçim ediləcək və bundan sonra təyinatları rəsmiləşəcək. Həmin şəxslər akademiyada həm məşqçi, həm də idarə işlərində fəaliyyət göstərəcəklər”. 
 
Qeyd edək ki, “Ronaldinho Soccer Academy” veteran futbolçunun doğulub boya-başa çatdığı Qremio, həmçinin BƏƏ-nin Dubay şəhərində fəaliyyət göstərir.

futbol11.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30