2 Iyun 2024, Bazar günü
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Ölkə futbolu

“Önəmli olan komandamın qələbəsidir”

Azərbaycan Premyer Liqasının XV turu “Qəbələ”nin hücumçusu Yannik Kamanan üçün əlamətdar oldu. Futbolxeber.az-ın məlumatına görə, uzun müddətdir qol vura bilməyən legioner uğursuz seriyasını “Rəvan”la səfər matçında qırdı. Komandasının 1:0 hesablı qələbəsini təmin edən Yannik 102 gündən sonra qol sevinci yaşadı. Kamanan sonuncu dəfə III turun avqustun 19-da “Sumqayıt”la səfər görüşündə fərqlənmişdi. Matçdan sonra fikirlərini “Qəbələ”nin rəsmi saytına açıqlayan hücumçu komandanın qələbəsinin daha vacib olduğunu söylədi: "Qələbəyə görə sevincliyik. Çox vacib 3 xal qazandıq. Önəmli olan komandamın qələbə qazanması idi. Bunun öhdəsindən gəldik. Kimin qol vurmasının elə də əhəmiyyəti yoxdur".

Ümumilikdə “Qəbələ”nin heyətində 17-ci qolunu vuran hücumçu klub tarixində ən çox topun müəllifi olan 4-cü futbolçudur: Rövşən Əhmədov - 20, Viktor Mendi - 18, Kənan Kərimov - 18, Yannik Kamanan - 17, Luis Hilario - 16. Qollarından 16-nı çempionat oyunlarında vuran Kamanan komandanın Premyer Liqadakı 2-ci bombardiridir. O yalnız Viktor Mendidən geri qalır: Viktor Mendi - 17, Yannik Kamanan - 16, Deon Barton - 15, Luis Hilario - 14.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30