1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Ölkə futbolu

Tsxadadzenin 100-cü qələbəsi

Azərbaycan Premyer Liqasının 14-cü turunun “Neftçi” ilə oyunundakı 3:1 hesablı qələbə “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze üçün əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis Azərbaycandakı fəaliyyəti dövründə 100-cü qələbəsini qazanıb.

2008-ci ildə “Standard”ın baş məşqçisi kimi ölkəmizdə debüt edən Tsxadadze iki paytaxt təmsilçisində baş məşqçiliyi dövründə 210-cu oyununda 100-cü dəfə yetirmələrinin qalib gəlməsinə şahid olub. Bu qələbələrdən 89-u “İnter”, 11-i “Standard”da qeydə alınıb. İlk klubunda bütün qələbələrini çempionatda qazanan mütəxəssis “İnter”də 68 dəfə Premyer liqa, 11 dəfə Azərbaycan kuboku, 5 dəfə Birlik kuboku və 5 dəfə avrokuboklarda qələbə sevinci yaşayıb. 7-ci mövsümündə 100-ə çatan çalışdırıcı ilk qələbəsini 2008-ci il martın 16-da “Standard”ın “Bakı” ilə səfər oyununda qazanıb - 1:0.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30