1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Ölkə futbolu

Patrik Şik: “Azərbaycan komandası alqışa layiqdir”

“Azərbaycan komandası alqışa layiqdir”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Almaniyanın “Bayer” klubunun futbolçusu Patrik Şik “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

2 qol vuraraq qarşılaşmanın qəhrəmanı olan çexiyalı hücumçu əlavə edilmiş dəqiqələrdə dubla imza atdığı üçün xoşbəxt olduğunu bildirib.

Şik ağır mübarizə getdiyini bildirib: “Çətin, həyəcanlı oyun oldu. “Qarabağ” Bundesliqadakı rəqiblərimizlə müqayisədə tam fərqli üslubda oynayır. Bu, işimizi çətinləşdirdi. Ancaq qalib gəldiyimiz üçün çox xoşbəxtəm. Bu, təsadüf deyil. Cari mövsüm artıq dörd və ya beşinci dəfədir ki, bu formada geridönüş edirik. İnanılmaz dərəcədə komanda ruhumuz var. Son dəqiqədə vurulan həlledici qol həmişə emosionallıq gətirir. Eyni formada davam etməliyik”.

Qeyd edək ki, iki oyunun cəmində 5:4 (2:2, 3:2) hesablı qələbə qazanan “Bayer” 1/4 finala adlayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30