1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Ölkə futbolu

Musa Qurbanlı "Yurqorden"də debüt etdi

Milli komandamızın hücumçusu Musa Qurbanlı yeni klubu "Yurqorden"də debüt edib. 

Futbolxeber.az saytının məlumatına görə, Qurbanlı İsveç çempionatının 17-ci turununda “Elfsborq”la qarşılaşmada meydana çıxıb.

Musanın adı ehtiyat oyunçular skamyasında yer alsa da, baş məşqçi Kim Bergstrand ona ikinci yarıda şans verib. Qarşılaşmanın 58-ci dəqiqədə millimizin hücumçusu Joel Asoronun əvəzinə meydana çıxıb.

Qeyd edək ki, həmin vaxt hesabda geri olan “Yurqorden” yekunda “Elfsborq”a 0:4 hesabı ilə uduzub.

Bu məğlubiyyətdən sonra əvvəlki kimi 30 xalda qalan Musanın komandası turnir cədvəlində dördüncüdü. “Elfsborq” isə xallarının sayını 39-a çatdırmaqla liderliyini möhkəmləndirib. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30