1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Ölkə futbolu

Julio Romao: "Linkoln"la oyunlar çox çətin olacaq"

"Linkoln"la oyunlar çox çətin olacaq".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Julio Romao Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariq təmsilçisinə qarşı keçirəcəkləri matçlar barədə danışarkən deyib.

25 yaşlı yarımmüdafiəçi qitənin bir nömrəli klub turnirində uğur qazanmaq istədiklərini bildirib: "Bu, hər hansı bir turnir deyil. Qələbə qazanmaq üçün mümkün qədər konsentrasiyalı olmalıyıq. Yarışı səbirsizliklə gözləyirik. Çempionlar Liqasında qrup mərhələsinə düşmək üçün dörd mərhələdən keçməliyik. Bu, uzun yoldur. Amma ümid edirəm ki, məqsədə çatacağıq".

Qeyd edək ki, "Qarabağ" "Linkoln"a qarşı ilk matçını iyulun 11-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30