1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Ölkə futbolu

“Sumqayıt”ın baş məşqçisindən təbrik: “İlham Zəkiyev Sumqayıta yaraşan insandı”

“Oyun haqda danışmamışdan öncə bizim üçün xoş olan bir məqamdan söz açmaq istəyirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXVII turunda “Qarabağ”la oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Abasov matç barədə danışmamışdan öncə bu günlərdə Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran Pridə qızıl medal qazanan Azərbaycan paracüdoçusu İlham Zəkiyevi təbrik edib: “Çıxışıma təbriklə başlamaq istərdim. Bu gün xəbər tutduq ki, bizim dostumuz, Sumqayıtımızın fəxri İlham Zəkiyev Misirdə keçirilən Qran Pridə qızıl medal qazanıb. İlham mənim yaxınımdır, dostumdur. O, hər zaman bizə, komandamıza diqqəti ilə seçilib. Şəxsən özünü də bu gün təbrik elədim. İstədim ki, Zəkiyevi mətbuat vasitəsi ilə təbrik edim. İlham Sumqayıta yaraşan insandı. Var olsun, hər zaman fəxrimizidi. Gələcəkdə də ona uğurlar arzulayıram. Komandamızın adından İlham müəllimi təbrik edirəm”.





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30