1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Ölkə futbolu

"Gücümüz bu qədərinə çatdı"

“Çətin oyun oldu. Bu matça çox ciddi hazırlaşmışdıq. Meydana qələbə üçün çıxmışdıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin məşqçisi Xəqani Məmmədov Azərbaycan Premyer Liqasının 24-cü turunda evdə  “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları matç barədə danışarkən deyib. 46 yaşlı mütəxəssis istədikləri oyunu göstərə bilmədiklərini vurğulayıb: 

“Komandada itkilər var. Bu, oyunumuza çox təsir edir. Əvvəlki matçlarda da bunun təsiri olub. İstədiyimiz oyunu göstərə bilmədik. “Qarabağ”ın gücünə bələdik. Bu gün belə heyətlə çalışdıq ki, nələrsə edək. Gücümüz bu qədərinə çatdı. Əsas heyət oyunçuları zədəli olduğundan komandaya kömək edə bilmirlər. Gənc futbolçularla meydana çıxırıq və istədiyimizi göstərə bilmirik. 3-4 gündən bir oynayırıq, kubok matçları da var. Bu da bizim oyuna təsir edir. Heyət böyük olmalıdır. Çempionatın gərgin vaxtıdır. Bu gün kim daha hazırdırsa, meydanda da onlar olacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30