1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Ölkə futbolu

“Neftçi”nin hazırlıq planında dəyişiklik

"Neftçi” PFK-nın yeni mövsümə hazırlıq planında dəyişiklik olub.

Futbolxeber.az saytının məlumatına görə, təlim-məşq toplanışının birinci mərhələsi iyunun 18-dək davam edəcək.

Texniki səbəblərə görə “Neftçi” Sloveniyaya ayın 18-də yola düşəcək. Bu səbəbdən iyunun 30-dək davam edəcəyi nəzərdə tutulan toplanış çərçivəsində 4 yox, 3 yoxlama oyunu baş tutacaq.

“Neftçi” iyunun 21-də Sloveniyanın “Olimpiya” (Lyublyana), 29-da isə Rusiyanın “Spartak” (Moskva) klubu ilə qarşılaşacaq. Ayın 25-dəki rəqib isə hələ ki müəyyənləşməyib. Bu haqda daha sonra məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin 1-ci təsnifat mərhələsindəki rəqibi iyunun 15-də keçiriləcək püşkatma mərasimində məlum olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30