1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Ölkə futbolu

"Şturm" rəsmisi: "Emreli ilə maraqlanmağımız cəfəngiyyatdır"

Avstriyanın "Şturm" klubunun idman direktoru Andreas Şiker Azərbaycan millisi və "Qarabağ"ın futbolçusu Mahir Emrelinin xidmətində maraqlı olmaları ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Futbolxeber.az saytının məlumatına görə, Qrats təmsilçisinin rəsmisi "kleinezeitung.at"a açıqlamasında xəbəri təkzib edib.

O, 24 yaşlı hücumçu üçün Ağdam klubuna təklif göndərmədiklərini bildirib: "Bu, tamamilə cəfəngiyyatdır. Bizim forvard transferi ilə bağlı heç bir kluba müraciətimiz olmayıb. Əsas hücumçumuz Bekim Balyay komandada qalır. Onun Türkiyə klubuna keçəcəyi ilə bağlı xəbərlər də həqiqəti əks etdirmir".

Qeyd edək ki, son vaxtlar Mahir Emrelinin adı "Şturm"la yanaşı, Polşa və Macarıstan klubları ilə də hallanır. "Qarabağ" rəhbərliyi isə futbolçunun ən azı cari mövsümün sonunadək komandada qalacağını açıqlayıb ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30