1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Ölkə futbolu

Millimiz yenə heç-heçə oynadı

Milli komandamız bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, yığmamız 5-ci tur çərçivəsində Monteneqronu qəbul edib.

Bakıda keçirilməli olan matç ölkədəki hərbi vəziyyət səbəbindən Xorvatiyanın Zapreşiç şəhərindəki “İvan Laljak-İviç” stadionunda baş tutub. Qarşılaşmada üstün olan tərəf yığmamız olsa da, rəqib qapısına yol tapmaq mümkün olmayıb. 

Bu, millimizin ardıcıl üçüncü qolsuz heç-heçəsidir. Kiprlə Millətlər Liqasının dördüncü turunda və Sloveniya yığması ilə görüş də 0:0 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, 5 turdan sonra millimiz 5 xalla qrupda üçüncü yeri tutur. Monteneqro 10 xalla birinci, Lüksemburqla 9 xalla ikinci, Kipr isə 4 xalla dördüncü yeri tutur. Son turda De Byazinin komandası səfərdə Lüksemburqun qonağı olacaq.

UEFA Millətlər Liqası

V tur

14 noyabr

Azərbaycan – Monteneqro 0:0

Qırmızı vərəqə: İqor İvanoviç, 45+2 (Monteneqro)

Hakimlər: Sergey İvanov, Roman Usaçev, Valeri Dançenko, Kirill Levnikov

Zapreşiç, Xorvatiya. İvan Laylak-İviç stadionu

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30