1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Ölkə futbolu

Bayrağımız "Sivasspor"un stadionunda

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda sabah "Qarabağ"ı qəbul edəcək "Sivasspor" Azərbaycana dəstəyini nümayiş etdirib.

Futbolxeber.az saytının məlumatına görə, görüşün keçiriləcəyi Sivasın “Yeni 4 Eylül” stadionunda  Türkiyə ilə yanaşı, Azərbaycan bayrağı da asılıb.

"Qarabağ" həmin görüntünün şəklini Feysbuk hesabında paylaşıb və bu addıma görə "Sivasspor"a təşəkkür edib.

Qeyd edək ki,  "Qarabağ" Sivas hava limanında xoş sürprizlə qarşılaşıb. Sivas valiliyi və Sivas Milli Təhsil Müdürlüyü tərəfindən baş məşqçisi Qurban Qurbanova gül dəstəsi, Türkiyə bayrağı və "Qurani-Kərim" kitabı hədiyyə olunub. Daha sonra xüsusi ansambl tərəfindən Azərbaycan Respublikasının dövlət himni və Türkiyənin İstiqlal marşı səsləndirilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30