1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Ölkə futbolu

Beyl: “Azərbaycanla oyunu səbirsizliklə gözləyirəm”

"Fiziki baxımdan çox yaxşı vəziyyətdəyəm. Sabahkı oyunu səbirsizliklə gözləyirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Uels yığmasının kapitanı Qaret Beyl Azərbaycan millisi ilə evdə keçirəcəkləri AVRO-2020-nin seçmə oyunundan əvvəl mətbuat konfransında deyib.

İspaniyanın "Real" klubunda çıxış edən yarımmüdafiəçi üzərlərində təzyiqin olduğunu bildirib: "Qarşıdakı matça köklənmişik. Mütləq qələbə qazanmalıyıq. Son vaxtlar mənə ünvanlanan tənqidlərə qulaq asmıram, heç birini oxumuram. Çox yüksək təzyiq altındayıq. İki məğlubiyyətimiz var. Bundan sonra çalışacağıq ki, bütün görüşlərdə qələbə qazanaq. Cavan oyunçularımızın məsləhətə ehtiyacı olarsa, onlara kömək etməyə hazıram. Hazırda Uelsdə futbol inkişaf etməkdədir. Ona görə də azarkeşlərin marağına səbəb olur. Mövsüm öncəsi çox yaxşı hazırlıq keçmişəm. Məşq edərək özümü yaxşı səviyyəyə gətirməyə çalışdım. Söz-söhbətlərə fikir vermədim. Özümü çox yaxşı hiss edirəm. Ölkəm üçün oynamaqdan zövq alıram".

Qeyd edək ki, sentyabrın 6-da Uels və Azərbaycan yığmaları arasında Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30