1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Ölkə futbolu

"İnanıram ki, “Neftçi” öz imicini qaytaracaq"

“Neftçi” yeni komadadı, ilk oyuna görə pis oyun olmadı. Komanda hələ tam öz oyununu göstərmədi”.

Bu sözləri Futbolxeber.az saytına açıqlamasında “Neftçi”nin formasını geyinmiş Xaqani Məmmədov deyib.

Vaxtilə “ağ-qaralar”ın aparıcı forvardı olmuş Məmmədov Bakı təmsilçisinin Avropa Liqasının birinci təsnifat mərhələsinin “Uypeşt”lə görüşü barədə danışıb. O, “flaqman”ın növbəti mərhələ şanslarını da dəyərləndirib: “Birinci oyun həmişə çətin olur. İsti də öz sözünü dedi. Əsas odu ki, komandaya qələbə lazım idi, onu da qazandılar. “Neftçi”nin indi qurduğu komanda gələcəyə ümid verir. İnanıram ki, “Neftçi” öz adını, imicini qaytaracaq. Onlar komanda şəklində oyun nümayiş etdirir. Fərdi olaraq isə, Kvame Karikari, Baqali Dabo və Soni Mustivari bəyəndim”.

“Məncə, hesab qaneedicidi. İnanıram ki, “Neftçi” Macarıstanda lap yaxşı oyun göstərəcək və mərhələni keçəcək. “Neftçi” qələbə qazandısa, bu məşqçi işidi. Düşünürəm ki, Roberto Bordin düzgün taktika seçib özünə sərf eliyən nəticə əldə edəcək. “Sevilya” isə “Neftçi”ni qorxutmur, daha da həvəsləndirib məsuliyyətli edir” – deyə, Xaqani Məmmədov fikirlərini yekunlaşdırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30