Ölkə futbolu
Ramiz Məmmədov: "Həmin məğlubiyyəti uzun illər unutmayacağıq"
"Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədov Futbolxeber.az saytına müsahibə verib.
- Artıq bir neçə gündür ki, komandanız məşqlərə başlayıb. Hazırlıq prosesi necə keçir?
- Ayın 19-dan etibarən məşqlərə başlamışıq. Bildiyiniz kimi, 5 futbolçumuz milli komandaların düşərgəsinə yollanıb. Onların yoxluğunda məşqlərimizi davam etdiririk. Bu fasilə bir qədər də xeyrimizə oldu. Çünki bu müddət ərzində zədəli futbolçularımız bərpa olunub, sıraya dönüblər. Gündə 2 dəfə, normal şəkildə məşqlərimizi edir, bayram əhval-ruhiyyəsində qarşıdakı oyunlara hazırlaşırıq.
- Özünüz də qeyd etdiniz ki, 5 futbolçunuz müxtəlif milli komandaların düşərgəsinə yollanıblar. Həmin oyunçuların hazırda hazırlıq prosesindən kənarda qalmaları qarşıdakı oyunlarda çıxışınıza mənfi təsir göstərə bilərmi?
- Təbii ki, hər bir məşqçi istər ki, tam heyətlə məşq keçsin, bütün futbolçuları əlinin altında olsun. Yığmamız da hazırlığa bir qədər erkən başlamışdı. Yəni, komandanı əvvəldən yığmışdılar. Əlimizdən nə gəlir ki? Dözməliyik. Amma bu haqda narazılıq etməyimiz yersizdi. Çünki hər birimiz Azərbaycan futbolunun inkişafı üçün çalışırıq. Bizim əsas məqsədimiz də odur ki, milli komandamız daha da inkişaf edib, yaxşı nəticələr qazansın.
- Dejan Kelharı əvəzedici heyətə göndərdiyiniz doğrudur?
- Bəli, Kelharı əvəzedici heyətə göndərmişəm. Son turda zəif çıxış etdiyinə görə bu qərarı qəbul etdim. İndi o əvəzedici heyətdə məşq edir.
- Kelharı hansı müddətə əsas komandadan kənarlaşdırmısınız?
- İndidən bu haqda dəqiq bir söz deyə bilmərəm. Onun komandaya qayıdıb-qayıtmayacağına sonra baxacağıq.
- Son turlar "Qəbələ" uğursuzluğa düçar oldu. Ardıcıl 2 yenilginin səbəbini nədə görürsünüz?
- Millinin oyunları ilə əlaqədar olaraq çox sıx qrafikdə oynadıq. 3-4 gündən bir vacib oyunlara çıxdıq. Eyni zamanda əsas problemimiz qol epizodlarından faydalana bilməməyimizdir. Hər oyun ən azı 5-6 qol epizodu yaxalasaq da, bundan faydalana bilmirik.
- Qarşıda komandanızı "Qarabağ"la çətin oyun gözləyir. Yəqin ki, qarşıdakı oyunda uğursuzluğa son qoymaqla yanaşı, həm də kubokdakı yenilginin əvəzini çıxmağa çalışacaqsınız?
- "Qarabağ"la oyuna çox ciddi şəkildə hazırlaşırıq. "Qarabağ" çox güclü komandadır. Bizə qarşı da yaxşı oynanıyırlar. Amma bizim artıq geriyə yolumuz yoxdur. Bu oyunda uğursuzluğa son qoymalıyıq. Kubokda bəxtimiz gətirmədi. Ev oyununda qapımızda qol buraxıb, qələbəni əldən verdik. Səfər oyununda isə rəqibdən daha yaxşı oynadıq, daha çox hücum etdik, lakin heç cür son nöqtəni qoya bilmədik.
- Təsnifat mərhələsinin son turunda komandanız gözlənilmədən AZAL-a böyükhesabla uduzdu. Ola bilərmi ki, komanda hələ də 1:6-lıq yenilginin şokunu üzərindən atmayıb?
- Nə qədər desəm ki, həmin oyunu unutmuşuq, yalan olar. AZAL-la oyundan sonra əlimizdən gələni etdik ki, komandanı psixoloji gərginlikdən çıxaraq. "Qarabağ"a qarşı keçirdiyimiz oyun da göstərdi ki, müəyyən dərəcədə buna nail olmuşuq. Həmin gün komanda haradasa 60-70 faiz yenilgini unutmuşdu. İndinin özündə də uşaqlarla söhbət edəndə bildirirəm ki, o məğlubiyyət artıq keçmişdə qaldı. İndi nəyisə dəyişə bilmərik. İrəliyə baxıb, gələcəyi düşünməliyik. Amma klubda çalışan hər kəs, eləcə də biz məşqçilər həmin məğlubiyyəti uzun illər unuda bilməyəcəyik. İstəsək də, bu, mümkün deyil.
- Dünən milli komandamız Lüksemburqla səfərdə qolsuz heç-heçə etdi. Bu oyun haqda da fikirlərinizi bilmək maraqlı olardı.
- İlk növbədə komandanı təbrik edirəm, səfərdə 1 xal qazandıq. Təbii ki, hər kəs istərdi ki, millimiz vətənə qələbə ilə dönsün. Məncə, millimiz Lüksemburqu məğlub etməliydi. Dünən reytinqdə bizdən aşağıda olan komandaların əksəri məğlub oldu. Biz də qələbə qazansaydıq, yaxşı olardı. Lakin qələbə qazana bilməməyimizə baxmayaraq, düşünmürəm ki, uşaqlar pis oynadılar. Onlar Foqtsun verdiyi tapşırıqları yerinə yetirdilər. Qarşıda bizi Portuqaliya ilə çətin oyun gözləyir. Ümid edirəm ki, həmin oyunda komandamız uğur qazanacaq. Öz növbəmdə milli komandaya Portuqaliya ilə oyunda uğurlar arzulayıram.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Bir fotonun qorxusu... - QEYD
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
-
14:57
Fəridə Lütfəliyevaya UEFA-dan təyinat
-
14:22
"Kəpəz"də ayrılıq yaşandı
-
14:05
Azərbaycan Premyer Liqasında ayın ən yaxşı 5 qolu - Video VİDEO
-
13:49
Ceyhun Nuriyev: “Bu, bizə 1 məğlubiyyət haqqı verir”
-
13:31
Qurban Qurbanov: “Hər xırda detala əl atılır ki, “Qəbələ”nin infrastrukturu qorunub saxlanılsın”
-
13:18
“Qəbələ” akademiyasının yay seçimlərinin birinci mərhələsi başa çatıb
-
12:54
"Sumqayıt" qapıçısı ilə müqaviləni ləğv etdi
-
12:00
Çempion şahmatçılar “Sirab”ı seçdi FOTOLENT
-
11:46
Azərbaycan idmançılarının iyun ayı üçün reytinq cədvəli açıqlanıb
-
11:23
Paris-2024: Azərbaycanın boks millisi Avropada ən çox lisenziya qazanan iki ölkədən biridir
-
11:07
Maksim Medvedev Azərbaycan futbolunun tarixinə düşüb
-
10:51
"Qarabağ"ın tarixində 20-ci titulu
-
10:39
Zubirdən yubiley qolu
-
10:28
"Araz-Naxçıvan"da yeni müqavilə
-
10:15
Juninyo: “Gələcəyi müəyyənləşdirmək mənim əlimdə deyil”
-
09:54
"Şamaxı"da daha bir ayrılıq
-
09:42
Azərbaycan kubokunun mükafatlandırma mərasimi VİDEO
-
23:36
Tahir Gözəl: "Qarabağ"ın savaşçı ruhu bizi Çempionlar Liqasının qrupuna aparacaq"
-
23:11
Qurban Qurbanov: "Bəlkə də Rəşad Sadıqov bizə qalib gəldi"
-
22:25
Rəşad Sadıqov: "Qarabağ"ın ilk təhlükəli epizodu qolla nəticələndi"
-
21:59
"Qarabağ" mövsümü "qızıl dubl"la başa vurdu
-
20:48
"Şamaxı"da yeni müqavilə
-
19:34
Voleybol millimiz Avstriyaya uduzdu
-
19:07
"Şamaxı" baş məşqçi məsələsi ilə bağlı qərarını verdi
-
18:22
Millimiz Belçikanı 3 qolla üstələdi VİDEO
-
17:51
U-21 millimizə yeni futbolçu dəvət edildi
-
15:46
Azərbaycanlı şahmatçı beynəlxalq turnirin qalibi olub
-
13:19
Finalın hakimləri müəyyənləşdi
-
13:00
Millimiz Belçikanı məğlub etdi
-
12:35
Daha bir boksçumuz Paris-2024-ə vəsiqə qazandı
-
11:53
“İnter” Barello ilə yeni müqavilə imzalayır
-
10:28
Mourinyo rəsmən "Fənərbaxça"da
-
10:17
Kubokun qalibi müəyyənləşir, "Qarabağ", yoxsa "Zirə"?
-
10:04
"Traktor" mövsümü qələbə ilə başa vurdu
-
09:49
"Qarabağ" ÇL-də mübarizəyə II mərhələdən başlayacaq
-
09:30
"Real" 15-ci dəfə ÇL-in qalibi oldu VİDEO
-
22:07
Asif Əsgərov UEFA-nın komitəsinin iclasında iştirak etdi
-
21:35
Qəbələdə şəhid övladları üçün yay düşərgəsi başladı FOTOLENT
-
19:28
Kişilərdən ibarət Azərbaycan millisi Lüksemburqa uduzdu
-
17:52
Rəşad Sadıqov final barədə: “Proqnoz vermək çətindir”
-
17:16
Azərbaycan Şahmat Federasiyası uşaq evini ziyarət edib FOTOLENT
-
16:49
Qurban Qurbanov sabahkı finaldan danışdı: "Rəşad Sadıqov nəticəyə oynamağı bacarır"
-
16:31
Neymar “Əl-Hilal”da qalır
-
15:54
Azərbaycan Premyer Liqasında yeni mövsüm nə vaxt başlayır?
-
15:23
Ronaldo növbəti mövsümü də “Əl-Nəsr”də keçirəcək
-
14:19
"Şamaxı" daha bir futbolçu ilə vidalaşdı
-
14:02
Sarri “Panatinaikos”da?
-
13:37
İlkay Gündoğan “Qalatasaray”ın hədəfində
-
12:51
Azərbaycan Kuboku: "Zirə" bunu bacaran dördüncü klub ola bilər
-
12:16
Elmar Baxşıyev təkzib etdi: “Onunla danışıq aparmırıq”