1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Ölkə futbolu

“Kəpəz” ilk sınaq matçından bərabərliklə ayrıldı

Bakıda hazırlığı davam etdirən “Kəpəz” təlim-məşq toplanışı dövründə bu gün ilk yoxlama oyununu keçirib. 
 
Futbolxeber.az-ın məlumatına görə, “sarı-göylər” MOİK-lə qarşılaşıb. I divizion təmsilçisi ilə görüş qolsuz bərabərliklə yekunlaşıb. 
 
MOİK-ə qarşı oyunda Gəncə təmsilçisinin ilk “11-liy”i belə olub: qapıçı - Davud Kərimi, müdafiəçilər – Şəhriyar Əliyev, Qaraxan Əliyev, Novruz Məmmədov, Yusif Cəfərov, yarımmüdafiəçilər - Elcan Rəhimov, Tural Rzayev, Əli Səmədov, Emin Zamanov, Fərid Məmmədov, hücumçu – Tural Qürbətov.
 
“Kəpəz” bu gün daha bir sınaq matçına çıxacaq. Komanda saat 15:00-da AZAL-la qarşılaşacaq.  
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30