1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Ölkə futbolu

Nicat Qurbanov: “Boş oturmamışıq”

“Kəpəz” çempionatın ikinci hissəsi üçün çalışmalarını Bakıda davam etdirir. 
 
Futbolxeber.az-ın məlumatına görə, Gəncə təmsilçisi əvvəlcədən tərtib olunmuş plan üzrə hazırlaşır. Klub saytına danışan “sarı-göylər”in yarımmüdafiəçisi Nicat Qurbanov hazırlıqla bağlı fikirlərini açıqlayıb:
 
“Hazırlığımız yaxşı gedir, səhərlər dəniz kənarında, axşam meydançada məşq edirik. Fasilə müddətində də boş oturmamışıq. Məşqçilər korpusunun tapşırığına əsasən, aktiv istirahət keçirmişik. Yəni peşəkarlığa uyğun olaraq fərdi şəkildə hazırlaşmışıq. Yüngül məşqlərlə də olsa, formamızı qorumağa çalışmışıq. Bu mənada təlim-məşq toplanışında deməzdim ki, axsamalar var. Düzdür, istirahətdən sonra müəyyən çətinlik olmalıdı. Çünki toplanışla fərdi məşqlər fərqlidir. Artıq hazırlığa uyğunlaşmışıq, hər şey plan üzrə davam edir. Məşqlər ağır keçir ki, bu da başa düşüləndir. Çempionata belə hazırlaşmaq lazımdır. Əziyyət çəkməsək, məqsədə çatmaq mümkün olmayacaq. Qarşıda yoxlama oyunları da var. Öz formamızı bərpa edib, mövsümün ikinci hissəsinə yaxşı başlamaq istəyirik”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30