1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Ölkə futbolu

“Qəbələ” - “Borussiya”: Xorvat hakimin Bakıya üçüncü səfəri

Avroliqanın qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək “Qəbələ” - “Borussiya” oyununu xorvat Ivan Bebekin idarə edəcəyi barədə xəbər vermişdik. Bu, Bebekin Bakıya ilk səfəri deyil. Futbolxeber.az-ın məlumatına görə, xorvat hakim daha əvvəl 2 dəfə də Bakıda baş hakim kimi meydana çıxıb.

2005-ci ildə Bebek Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi” - “Hafnarfyordur” matçını Bebek idarə edib. Həmin görüş “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Elə 2007-ci ildə baş tutan Azərbaycan - Portuqaliya matçında da həmin hesab qeydə alınıb. Lakin fərq ondadır ki, Bebekin Azərbaycan paytaxtında idarə etdiyi ikinci matçda qonaqlar sevinib.

Bebek avrokuboklarda Almaniya klublarının 8 oyununu idarə edib və bu matçda Bundesliqa təmsilçiləri 2 qələbə qazanıb, 2 heç-heçə edib və 4 dəfə uduzublar. Bbebekin idarə etdiyi səfər oyunlarının heç birində alman klubları qələbə qazanmayblar - 1 heç-heçə, 3 məğlubiyyət.

Yığma səviyyəsində xorvat hakim almanların 3 oyununda iş başında olub. Almanlar həmin 3 oyununun 2-də uduzublar, 1 dəfə isə heç-heçəyə nail olublar. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30