1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Ölkə futbolu

“Go Sport”da “Qəbələ”nin üzvləri azarkeşlər və jurnalistlərlə görüşdülər

Avroliqanın qrup mərhələsinin üçüncü turu çərçivəsində Dortmund “Borussiya”sına qarşı keçiriləcək oyundan öncə “Qəbələ”nin üzvləri ilə media nümayəndələri və azarkeşlər arasında görüş keçirilib. Futbolxeber.az-ın məlumatına görə, tədbir “Port Baku Mall”da yerləşən “Go Sport” İdman Malları Mağazasında baş tutub.

Görüşdə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk, köməkçi məşqçilər Mixaylo Savka, Sənan Qurbanov və Andrey Qluşenko, oyunçulardan Aleksey Qay, Ruslan Abışov, Aleksey Antonov və Sergey Zenyov, klub rəsmilərindən Zaur Əzizov, Səbuhi Səfiyarlı, Toni Adams, Mustafa Aztopal, Səməd Nəsibov və Anar Hacıyev, əvəzedici komandanın məşqçisi, sabiq futbolçu Elmar Baxşıyev iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları mağazanı gəzib, müştərilərə təklif olunan mallarla tanış olublar. Daha sonra “Qəbələ” İdman Klubunun Media və Marketinq departamentinin rəhbəri Səməd Nəsibov çıxış edərək görüş, “Forma al, qalib ol” kampaniyası haqda məlumat verib. Ardınca media nümayəndələri və azarkeşlər arasında müsabiqələr keçirilib. Qriqorçuk, Qay, Abışov və Antonovla bağlı sualları tapan 8 qonaq - 4 azarkeş və 4 media nümayəndəsi klubun xüsusi hədiyyələri ilə mükafatlandırılıb. Eyni zamanda “Go Sport” İdman Malları Mağazası da qonaqlara 2 sualla müraciət edərək, qaliblərə mükafatlar təqdim edib. Bundan başqa, görüşdə iştirak edənlər futbolçularla şəkil çəkdiriblər. Tədbir zamanı “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandırıb. 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdıran mütəxəssis belə görüşlərin vacibliyini, eyni zamanda sevindirici olduğunu vurğulayıb. Qarşıdakı oyunun marağını və əhəmiyyətini qeyd edən baş məşqçi bütün azarkeşləri “Borussiya” ilə qarşılaşmanı izləməyə dəvət edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30