1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Ölkə futbolu

Yaşar Vahabzadə: “Futbolçular bacardıqlarını etdilər”

“Avstriya ilə oyunla müqayisədə komanda istəkli idi, mübarizə aparırdı. Amma Almaniya millisi dünyanın ən güclü yığmalarından biridir. Bu ölkənin bütün aşağı yaş qrupları üzrə milliləri eyni sistemlə oynayır”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Almaniya ilə oyundan sonra 21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Yaşar Vahabzadə deyib.

Təcrübəli mütəxəssis futbolçular öz üzərində daha çox çalışmalı olduğunu bildirib: “Güclü rəqibə qarşı oynamaq çətin idi. Üstəlik, birinci hissənin sonunda azlıqda qaldıq. Futbolçular bacardıqlarını etdilər. Sona yaxın 2 qol buraxmağımız da yorğunluqdan irəli gəlirdi. Oyunçular psixoloji cəhətdən hazırlıqsız deyildilər. Sadəcə, bütün kriteriyalarda öz üzərlərində çalışmalıdırlar. Fiziki durum yaxşı olanda hərəkətlilik də olur, topla da rahat hərəkət edirsən. Hücumda çətinliyimiz var. Mərkəz hücumçumuz yoxdur. Ona görə də Orxan Əliyevi bu gün hücumun mərkəzində oynatdıq. Halbuki o sırf hücumçu deyil”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30