Ölkə futbolu
17-ci start və ya ən böyük arzumuzun bağlı olduğu nüfuzlu turnir
Bu gün Azərbaycan futbolu üçün əlamətdar gündür. Ölkəmizin Çempionlar Liqasında (ÇL) 2015/16 mövsümündə startı bu axşam olacaq. “Qarabağ”ın çıxışa başlamasıyla cari mövsümdə avrokuboklarda sonuncu təmsilçimiz də mübarizəyə qoşulur. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda Monteneqronun “Rudar” klubunu sınağa çəkəcək.
0:2-ylə başlanğıc, 0:2-ylə sonluq
Bu, “Qarabağ”ın ÇL-də ardıcıl 2-ci mövsüm çıxışı olacaq. Ağdam klubu ilk çempionluğunu 1993-cü ildə qazansa da, onda ümumiyyətlə, qitəmiqyaslı turnirlərdə təmsil olunmurduq. Azərbaycan Avropanın ən nüfuzlu klub turnirində 1997-ci ildə siftə edib. Milli çempionatımız 2002-2003-cü illərdə dayandığına görə UEFA ölkəmizi avrokuboklardan 2 mövsüm - 2002/03 və 2003/04-də kənarlaşdırıb. Nəticədə budəfəki start bizim üçün 17-cidir.
ÇL-də ən çox təmsilçimiz “Neftçi” olub – 6 dəfə. Bunlar 1997/98, 2004/05, 2005/06, 2011/12, 2012/13 və 2013/14 mövsümlərində baş verib. “Qarabağ”la yanaşı, “Kəpəz” (1998/99, 1999/00), “Şəmkir” (2000/01, 2001/02), “Bakı” (2006/07, 2009/10), “İnter” (2008/09, 2010/11) hərəyə 2 dəfə bu nüfuzlu turnirdə çıxış edib. “Xəzər Lənkəran” isə 1 dəfə - 2007/08 mövsümündə ÇL-nin iştirakçısı olub. Maraqlıdır ki, yarışda debütümüz də 0:2 hesablı məğlubiyyətlə olub, son matçımız da. Bu, 1997-ci ildə Tofiq Bəhramov adına Respublika stadionunda Polşanın “Vidzev” klubuna uduzan “Neftçi”ylə 2014-cü ildə Avstriyada yerli “Zalsburq”a həmin hesabla yenilən “Qarabağ”dır.
ÇL-də 47-ci matçımız...
“Qarabağ” - “Rudar”la oyunu ÇL-də 47-ci matçımız olacaq. Göründüyü kimi, artıq bu mövsüm 50-ci oyunu keçirə bilərik. Bunun üçün III təsnifat mərhələsinə çıxmaq yetərlidir ki, orada cavab matçında yubileyi qeyd edəsən. Əvvəlki 46 oyunda hesabımızda 13 qələbə, 11 heç-heçə, 22 məğlubiyyət var (topların fərqi 43-72). Təbii ki, “Neftçi” daha çox çıxış etdiyindən, əksər qələbələri qazanıb – 5 dəfə. “Qarabağ” 3 dəfə meydanı qalib tərk edib. Qalan 5 qələbədən 2-si “Bakı”nın, hərəyə 1-i isə “Kəpəz”, “Şəmkir” və “İnter”in payına düşüb.
Azərbaycan ÇL-də ilk qələbəni 2001-ci ildə qazanıb. Onda “Şəmkir” Latviyanın “Skonto” klubuna Respublika stadionunda cavab oyununda 2:1 hesabı ilə qalib gələrək, cütün taleyini əlavə vaxta apardı. Oradakı 30 dəqiqədə daha 2 qol vuran Ağasəlim Mİrcavadovun yetirmələri böyük hesabla qələbə qazandılar – 4:1. Bununla da ölkəmiz həmin vaxt ÇL-də ilk dəfə həm də mərhələ adladı.
Ölkəmiz turnirdə 2 dəfə bir mövsümdə 3 qələbə qazanıb. Bu, 2005-ci ildə “Neftçi”ylə (İslandiyanın “Hafnarfyordur” klubuna evdə 2:0, səfərdə 2:1, Belçikanın “Anderlext” klubuna evdə 1:0) və ötən il “Qarabağ”la (Maltanın “Valletta” klubuna səfərdə 1:0, evdə 4:0, Avstriyanın “Zalsburq” klubuna evdə 2:1) gerçəkləşib. Fərq ondadır ki, Ağdam klubunun qələbələri ardıcıl olub.
... və 7 dəfə mərhələ adlamağımız
Azərbaycanın ÇL-də ilk qolunun müəllifi 1998-ci ildə “Kəpəz”in Polşada yerli LKS klubuna 1:3 hesabı ilə uduzduğu ilk oyunun 82-ci dəqiqəsində fərqlənən hücumçusu İmamyar Süleymanov olub. Yeri gəlmişkən, onun böyük qardaşı Yadigar avrokuboklarda ilk qolumuzun müəllifidir. O, “Kəpəz”in 1995-ci ildə UEFA kubokunda Avstriyada “Austriya-Memfis”ə 1:5 hesabı ilə uduzduğu cavab matçının 26-ci dəqiqəsində fərqlənib. “Qarabağ”ın isə bu turnirdə ilk qolunun müəllifi ötən il Maltadakı oyunun 18-ci dəqiqəsində topu rəqib qapısından keçirməklə komandasına ÇL-də debütdə qələbə qazandıran, ancaq bu dəfə zədə üzündən kənarda qalan braziliyalı yarımmüdafiəçisi Çumbinyodur.
Klublarımız ÇL-də 7 dəfə mərhələ adlayıb: 3 dəfə “Neftçi” - 2004/05-də, 2005/06-da, 2012/13-də, hərəyə 1 dəfə “Şəmkir” – 2000/01-də, “İnter” – 2008/09-da, “Bakı” - 2009/10-da və “Qarabağ” – 2014/15-də. Göründüyü digər iştirakçılarımızdan əyalət təmsilçiləri – “Kəpəz”lə “Xəzər Lənkəran” bu sevinci yaşamayıb.
“İnter” isə mərhələni səfər qolu sayəsində adlayıb. Bu, Makedoniyanın “Rabotniçki” klubu ilə Bakıda 0:0, Skopyedə 1:1 hesablı bərabərliyə qaldığı vaxtda olub. “İnter”lə bağlı digər məqam ÇL-də yeganə oyunsonrası penalti seriyamızın da onunla bağlı olmasıdır. Bu, Polşanın “Lex” klubuna Bakıda 0:1 hesabı ilə uduzduğu, Poznanda 1:0 hesabı ilə qalib gəldiyi vaxtdadır. Onda qalibi müəyyənləşdirmək üçün qapıçılar da zərbə vurmalı olmuşdu və gürcü qolkiperimiz Georgi Lomayanın həmkarı ilə dueldən məğlub ayrılması komandamızı mübarizədən kənarda qoydu - 8:9.
Çernoqoriyalıları artıq məyus etmiş Qurban Qurbanov
Klublarımız ÇL-də Monteneqro təmsilçisiylə ilk dəfə görüşəcək. Ümumiyyətlə, bu ölkəylə avrokuboklarda indiyədək cəmi 1 dəfə üzləmişik. Bu, 2010-cu ildə idi ki, həmin vaxt “Bakı” məşhur "Joel Epalle olayı"nın qurbanı oldu. Komandamız “Buduçnost”u hər 2 oyunda 2:1 hesabı ilə məğlub etsə də, ilk matçda cəzalı Epallenin meydana çıxmasına görə 0:3 hesablı texniki məğlubiyyət aldı. Bu üzdən rəqib görüşlərin nəticəsinə görə bizdən üstün oldu.
Qurban Qurbanov isə Çernooqriyaya (Monteneqronun daha çox tanınan adı) çox yaxşı tanış simadır. Axı 43 yaşlı keçmiş hücumçu 2003-cü ildə millimizin heyətində Serbiya və Çernoqoriya yığması ilə Avropa çempionatının seçmə mərhələ oyunlarının qəhrəmanı olub. Qurbanov Podqoritsada dublla yığmamııza əzmkar heç-heçə - 2:2, Bakıda isə penaltidən vurduğu qolla qələbə qazandırıb - 2:1. Səfər matçının keçirildiyi Podqoritsa şəhərinin Çernoqoriyanın paytaxtı olduğu nəzərə alsaq, millimizin bombardiri məhz bu ölkədə fərqlənib. Yeri gəlmişkən, “Qarabağ”ın 33 yaşlı kapitanı Rəşad Sadıqov da həmin matçların iştirakçısı olub. İndi futbolsevərlərimiz Qurban Qurbanovun məşqçi kimi də çernoqoriyalıları məyus edəcəyini gözləyir.
"Qarabağ"ın ən azından pley-offa yüksəlməsi üçün
Bəli, Azərbaycan 18 il öncə debüt etdiyi ÇL-lə bağlı böyük arzusuna hələ də qovuşmayıb. Axı Avropanın ən nüfuzlu klub turnirində qrupa düşə bilməmişik. Ən yaxşı halda “Bakı”, “Neftçi” və “Qarabağ”la hərəyə 1 dəfə III təsnifat mərhələsinə yüksəlmiş, orada uduzaraq mübarizəni Avropa Liqasında davam etdirmişlik. Bu turnirdə isə “Bakı”dan fərqli “Neftçi” və “Qarabağ”la qrup mərhələsi həyəcanı yaşamışıq.
Artıq ÇL-də də bu tarixi yazmaq vaxtıdır və bütün ümidlər son 2 mövsümün çempionu, son illərdə avrokuboklarda ən uğurlu iştirakçımız olan “Qarabağ”la bağlıdır. Qurban Qurbanovun yetirmələri “Rudar”ı keçərsə, özü üçün ən azı 4 oyun zəmanət edəcək. Bu, ÇL-də 2, orada yeniləcəyi halda yollanacağı Avropa Liqasının pley-off mərhələsindəki 2 matçdır. Ağdam təmsilçisi ən azından ÇL-də pley-offa yüksələn ilk Azərbaycan klubu olarsa, Avropa Liqasının qrupuna vəsiqəni avtomatik özü üçün təmin edəcək.
Uğurlar, “Qarabağ”!!!
Mehman SÜLEYMANOV
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Bir fotonun qorxusu... - QEYD
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
-
17:52
Rəşad Sadıqov final barədə: “Proqnoz vermək çətindir”
-
16:49
Qurban Qurbanov sabahkı finaldan danışdı: "Rəşad Sadıqov nəticəyə oynamağı bacarır"
-
16:40
Neymar “Əl-Hilal”da qalır
-
15:23
Ronaldo növbəti mövsümü də “Əl-Nəsr”də keçirəcək
-
14:02
Sarri “Panatinaikos”da?
-
13:37
İlkay Gündoğan “Qalatasaray”ın hədəfində
-
12:51
Azərbaycan Kuboku: "Zirə" bunu bacaran dördüncü klub ola bilər
-
12:16
Elmar Baxşıyev təkzib etdi: “Onunla danışıq aparmırıq”
-
11:48
Azərbaycan millisinin liberosu: "Mənəvi olaraq çətin idi"
-
11:35
Azərbaycanın qadın boksçusunu Paris-2024-dən bir qələbə ayırır
-
11:09
Səudiyyə Ərəbistanı klubu Rafinya üçün “Barselona”ya 100 milyon avrö ödəməyə hazırdı
-
10:52
Modriç: “ÇL-də altıncı qələbə möhtəşəm nəticə olacaq”
-
10:24
İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı açıqlandı
-
10:13
Şəhriyar Məmmədyarov dünya reytinqində 16-cı yerə yüksəlib
-
10:00
ETOPAZ: PULSUZ MƏRC GƏLDİ
-
09:47
I Liqaya vəsiqə uğrunda pley-off görüşlərinin vaxtı müəyyənləşib
-
09:31
Siyasət Əsgərov: "O cür penalti olmaz"
-
23:12
Azərbaycan millisi Türkiyəyə məğlub oldu
-
21:41
Voleybol millimizdən qələbə
-
20:08
Azərbaycanın güllə atıcısı Avropa çempionatında bürünc medal qazandı
-
18:59
Millimiz Belçika ilə oyuna hazırlaşır FOTOLENT
-
18:33
“Turan Tovuz”: Son mövsüm ev oyunlarına ən çox azarkeş gələn klub
-
18:11
Azərbaycan boksçusu: "Paris Olimpiadasında tarix yazacağıma söz verirəm"
-
17:46
Futbolun İnkişaf Fondu tərəfindən ianə olunan toplar Laçında uşaqlara verilib
-
17:24
U-21 millimizin heyəti açıqlandı
-
17:02
Azərbaycan minifutbol millisi AÇ-nin əsas favoritləri sırasında
-
16:58
Azərbaycanı Avropa çempionatında 4 atlet təmsil edəcək
-
16:35
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
-
16:17
Azərbaycanın boks millisi Avropa rekordunu təkrarlayıb
-
16:00
"Qarabağ"ın legionerinə Əlcəzairdən dəvət
-
15:29
Əsgər Abdullayev "İmişli"dən getdt
-
15:18
“Sumqayıt” rekorda imza atıb
-
14:17
Azərbaycan klubunda 5 yeni legioner
-
13:43
Boksçumuz olimpiadaya lisenziya qazanıb
-
12:55
Azərbaycan avarçəkənləri beynəlxalq turnirdə iştirak edəcəklər
-
12:32
Final öncəsi mətbuat konfransları və açıq məşqlərin vaxtı açıqlandı
-
12:14
"Zirə" üçün tarixi şans
-
11:51
"Araz-Naxçıvan"da 6 yeni müqavilə
-
11:08
Mahmudov “Neftçi”dən getdi
-
10:29
Azərbaycan Kubokunda son 16 mövsümün rekordu qeydə alınıb
-
10:16
Azərbaycan klubunun UEFA yarışındakı rəqibləri müəyyənləşib
-
09:47
“Neftçi”: Hondanın insanlıq dərsindən “son zəng”ə qədər...
-
09:30
Millimizin voleybolçusu: “Bacardığımız qədər yaxşı oyun göstərmək istəyirik”
-
23:52
93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
23:25
Azərbaycan millisi Sarayevoda FOTOLENT
-
22:14
zərbaycan cüdoçuları Avropa kubokunda iştirak edəcək
-
20:48
Daha iki futbolçu "Şamaxı"dan ayrıldı
-
18:07
Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
-
17:49
Adaptiv cüdo layihəsinə start verilib
-
17:36
Laçında "Sağlam həyat" günlərinə yekun vurulub
01.06.2024
31.05.2024
30.05.2024
Arxiv
Iyun 2024 |
B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
01 | 02 | |||||
03 | 04 | 05 | 06 | 07 | 08 | 09 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |