1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Ölkə futbolu

“Qəbələ” “Əskişəhərspor”la qarşılaşacaq

Yanvarın 5-dən 29-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq “Qəbələ”nin hazırlıq çərçivəsində qarşılaşacağı komandalardan birinin də adına aydınlıq gəlib. Futbolxeber.az-ın məlumatına görə, “Qırmızı-qaralar” qardaş ölkədə keçirəcəyi 2-ci yoxlama oyununda “Əskişəhərspor”la qarşılaşacaq. Türkiyə Superliqası təmsilçisi ilə görüş yanvarın 14-də baş tutacaq.

Bunadək “Qəbələ”nin təlim-məşq toplanışının ilk hissəsindəki digər oyunların tarixi və rəqiblər də müəyyənləşmişdi. İlk yoxlama oyununu yanvarın 10-da keçirəcək “qırmızı-qaralar” PSV-nin (Hollandiya) ikinci komandası ilə üz-üzə gələcək. Ayın 17-də 2 matça çıxacaq komanda əvvəl Qazaxıstan klublarından biri ilə görüşəcək ki, bu rəqibin adı dəqiqləşməyib. Həmin gün təmsilçimizin digər rəqibi "Vorskla" (Poltava, Ukrayna) olacaq. “Qəbələ” bundan əlavə yanvarın 22, 25 və 29-da sınaq matçlarına çıxacaq. Bu qarşılaşmalardakı rəqiblərin adına yaxın günlərdə aydınlıq gələcək.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30