1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Ölkə futbolu

Karlos Kordosa: “Belqraddakı səhvlərimizi təkrarlamamalıyıq”

“Sabah bizi çox vacib oyun gözləyir. Bu, təkcə klub yox, həm də futbolçuların özü üçün böyük önəm kəsb edir”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin aparıcı üzvü Karlos Kordosa deyib.

“Partizan”la oyun öncəsi mətbuat konfransında iştirak edən braziliyalı müdafiəçi ilk dəfə bu cür mühüm oyunda meydana çıxacağını qeyd edib: “Daha əvvəl avrokuboklarda bu cür yüksək səviyyəli oyunda iştirak etməmişəm. Odur ki, matç mənim də böyük əhəmiyyət kəsb edir. Məqsədimiz uğur qazanmaqdı. Bunun üçün əlimizdən gələni edəcəyik”.

Kordosa ilk oyunda 2 komanda yoldaşının avtoqol müəllifi olmasını belə şərh edib: “Həmin anları şərh etmək çətindir. Çünki bu, sırf epizoddan aslıdır. 1 avtoqol vurulması normaldı. Amma 2 avtoqol olması artıq sürprizdi. Oyuna baxdım. Müdafiəçilər pis təsir bağışlamadılar. Sadəcə, bəxt bizim tərəfdə olmadı. Ona görə bayaq da vurğuladım ki, oyuna tam konsentrasiya olaq. Oradakı səhvlərimizi təkrarlamamalıyıq”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30