1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Ölkə futbolu

Konqolu hücumçu AZAL-da

AZAL heyətinə daha bir futbolçu qatıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “təyyarəçilər” hücumçu problemini həll etmək məqsədilə Freddi Mombonqo-Dues ilə anlaşıb. Konqo Demokratik Respublikasının vətəndaşı ilə 2 illik müddətə anlaşma əldə olunub.

Freddi Konqo DR-in paytaxtı Kinşasada doğulsa da, peşəkar futbolçu karyerası Belçika ilə bağlı olub. 2007-ci ildən Belçikada oynamış forvard peşəkar karyerasına bu ölkənin “Standard” klubunda başlayıb. Cəmi bir mövsüm burada oynayan Freddi 4 oyunda meydana çıxıb və fərqlənə bilməyib. Sonra Belçikanın ikinci dəstə təmsilçisi “Eupen”ə gedən 28 yaşlı futbolçu bu klubda 77 matçda forma geyinib və 30 qola imza atıb.

2011-ci ildə yenə ikinci liqada oynayan “Mons”a transfer olunan afrikalı cəmi 13 oyunda meydana çıxıb və rəqib qapılarına yol tapa bilməyib. 2012-ci ildən “Antverpen”in heyətində topa qovan hücumçu 37 oyunda 13 qol vurmağı bacarıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30