1 Iyun 2024, Şənbə
U-21 millimizin heyəti açıqlandı
"Sumqayıt" Erik Sorqa ilə vidalaşdı
“Sumqayıt” rekorda imza atıb
Mahmudov “Neftçi”dən getdi

Ölkə futbolu

"Valletta”nın baş məşqçisi: “Qarabağ” qələbəyə layiq idi”

“İlk növbədə rəqibi təbrik edirəm. “Qarabağ” daha yaxşı oynadı və qələbəyə layiq idi”. Futbolxeber.az-ın Qol.Az-a istinadən verdiyi məlumata görə,  bu sözləri “Valletta” klubunun baş məşqçisi Gilbert Acius Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la cavab oyunundan (0:4) sonra keçirilən mətbuat konfransında deyib. 
 
Gənc mütəxəssis “Qarabağ”ın daha güclü olmasını etiraf edib: “Uzun müddət on nəfərlə oynadıq. Daha sonra doqquz nəfərlə qaldıq. Ehtiyat qüvvəmiz yoxdur. Hakim qərarları haqda danışmaq istəmirəm. Çünki mənim fikrim heç nəyi dəyişmir. 
 
Özünüz epizodları gördünüz. Futbolda müəyyən məqamlar oyunun taleyini həll edir. Düşünürəm ki, “Qarabağ” daha güclü olduğu üçün qalib gəldi. “Qarabağ”ın heyətində güclü futbolçular çoxdur. Danilo Dias və Reynaldo Silvanı xüsusi qeyd edə bilərəm”. 
 
Qeyd edək ki, "Vallettan"nı 4:0 hesabı ilə məğlub edən "Qarabağ" növbəti mərhələyə adlayıb. Ağdam təmsilçisi bu mərhələdə Avstriyanın "Zalsburq" klubu ilə qarşılaşacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30