3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Basketbol

“Neftçi” ilə oyun bizim üçün həlledicidir"

"Neftçi” ilə oyun bizim üçün həlledicidir".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya basketbol üzrə Azərbaycan Kubokunun yarımfinalında “Neftçi” ilə keçiriləcək oyun barədə danışarkən deyib.
 
Türkiyəli mütəxəssis meydana qələbə qazanmaq üçün çıxacaqlarını bildirib: “Hər iki komanda üçün önəmli oyundur, çünki yarımfinaldır. Üç gün sonra da final görüşü olacaq. Qələbə qazanmaq üçün əlimizdən gələn edəcəyik. Kuboka görə hazırlaşdıq, burada olan limitə uyğun məşq etdik”.
 
Evren Alkaya rəqibi təhlil etdiklərini söyləyib: “Neftçi”nin bütün hücum və müdafiə planına diqqət etdik, ona görə hazırlıq keçdik. Rəqib güclü məşqçi heyətinə sahibdir, yaxşı yerli oyunçuları var. Biz də öz gücümüzə görə mübarizə aparacağıq. Düşünürəm ki, sona qədər ən yaxşısını etməyə çalışmalıyıq. Azərbaycan basketbolu bu oyundan qazansın. Azarkeşlər üçün yaxşı matç olacağına ümid edirik”.
 
Qeyd edək ki, bu gün “Sərhədçi” İdman Mərkəzində keçiriləcək “Neftçi” - “Sərhədçi” oyunu saat 19:30-da başlayacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31