3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Basketbol

Millimizin basketbolçusu: “Parisdə fəxri kürsüyə qalxmaq üçün mübarizə aparacağıq”

"Biz də digər komandalar kimi, Parisdə birinci olmaq, fəxri kürsüyə qalxmaq üçün mübarizə aparacağıq”.

Futbolxeber.az saytının AZƏRTAC-a istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan qadınlardan ibarət 3x3 basketbol millisinin üzvü Dina Ulyanova “Paris-2024" Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaları barədə danışarkən deyib.

O, hər bir idmançının Olimpiadada iştirak etməyi arzuladığını bildirib: “Hər zaman bunu xəyal etmişəm və çalışmışam ki, mötəbər yarışda iştirak edim. Heç vaxt hədəflərim dəyişməyib. Yarımfinalda Macarıstana qarşı keçirdiyimiz oyundan sonra hisslərimə hakim ola bilmirdim. Olimpiadaya vəsiqə qazanacağımıza inanırdım. Hər görüş gərgin keçdi. Azərbaycan millisini əzmkar komanda adlandırırdılar. Çünki geridə olsaq belə, sonadək mübarizə aparırdıq. Aleksandra Mollenhauerin qələbə atışından sonra əmin oldum ki, biz “Paris-2024”ə yollanırıq”.

35 yaşlı basketbolçu Olimpiadadakı hədəflərindən də söz açıb: “Fransada dünyanın ən güclü 8 komandası mübarizə aparacaq. Arxayınlaşmaq olmaz”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31