7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Futzal

Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub

UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə fakültələr arasında keçirilən futzal turnirinə yekun vurulub.
 
Futbolxeber.az saytının məlumatına görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan yarışın final qarşılaşmasında Metallurgiya və Materialşünaslıq fakültəsinin komandası Maşınqayırma və Robototexnika fakültəsinin kollektivini 3:2 hesabı ilə məğlub edib.
 
Çempion komanda AFFA tərəfindən kubokla mükafatlandırılıb. Kuboku AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və Azərbaycan Texniki Universitetinin rəsmi şəxsləri birlikdə təqdim ediblər.
 
Həmçinin turnirdə ilk üç yerin sahiblərinə müvafiq medallar təqdim olunub, fərqlənən oyunçulara müxtəlif nominasiyalar üzrə mükafatlar verilib.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30