8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Futzal

Azərbaycan millisinin kapitanı: "Bəxtimiz gətirmədi"

“Astanadakı oyun da Bakıdakı matçın davamı oldu. Bu görüşlər sanki bir-birini təkrarladı. Bakıda daha yaxşı oynadıq bu rəqibə qarşı və sübut etdik ki, istənilən milli ilə mübarizə aparacaq gücdəyik. Sadəcə bəxtimiz gətirmədi. İdmanda bəxt amili çox vacibdir. Hər iki görüşdə bəxt onların tərəfində oldu".

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan millisinin kapitanı Emin Kürdov DÇ-2024-ün elit mərhələsində Qazaxıstana 2:3 hesabı ilə uduzduqları oyundan sonra Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında deyib.

"Zalda da onlar üçün yaxşı atmosfer yaradılmışdı. Hakimlər də öz “sözünü” dedilər. Əsas da Bakıdakı matçı qeyd edərdim. Hesab 1:2 olanda fitlə oyunu saxladılar, ancaq rəqibin topu oğurlayıb qol vurmasına göz yumdular. Bunun müqabilində rəqibdən fair-pley nümunəsi gözləyirdik, təəssüf ki, etmədilər", - deyə o bildirib.

E.Kürdov qarşıda 2 oyunlarının qaldığını xatırladıb: "Bakıda Rumıniyanı, səfərdə isə Niderlandı mütləq məğlub etməliyik ki, seçmə mərhələni ikinci pillədə başa vuraq. Düzdür, itikimiz olacaq. Edu bu dəfə cəzalı duruma düşdü, Rumıniyaya qarşı oyunu buraxacaq. Əvəzində Felipinyo komandanın yanında olacaq. Əlbəttə, istərdik ki, final mərhələsinə birbaşa vəsiqə qazanaq. Amma qeyd etdiyim səbəblər də buna imkan vermədi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30